Fərid Zülfüqar oğlu Musabəyov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1970–1976).
Fərid Musabəyov | |
---|---|
5 fevral 1970 – 16 iyun 1976 | |
Əvvəlki | Ağamehdi Ələkbərov |
Sonrakı | Nəriman İsayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1926 |
Partiya | |
Təhsili |
Fərid Zülfüqar oğlu Musabəyov 1926-cı ildə qulluqçu ailəsində anadan olmuşdur. M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.[1]
1949-cu ildən Bakı şəhərindəki tikinti-quraşdırma trestində usta, karxana rəisi, baş mühəndis olmuş, 1957–1960-cı illərdə hesablama mərkəzi tikintisinin direktoru, Azərbaycan SSR Elmlər Akademiyası əsaslı tikinti şöbəsinin rəisi, Bakı Baş Tikinti İdarəsi 9 nömrəli tikinti idarəsinin rəisi vəzifələrində işləmişdir. 1961-ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin tikinti və şəhər təsərrüfatı şöbəsi müdirinin müavini, 1962-ci ildən isə həmin şöbənin müdiri olmuşdur.[2] 1970-ci ilin fevral ayında Azərbaycan SSR tikinti materialları sənayesi naziri təyin edilmiş və bu vəzifədə 1976-cı ilin iyun ayınadək işləmişdir.[3]
Fərid Musabəyov 1964-cü ildən Azərbaycan KP MK üzvlüyünə namizəd olmuş[4] və Azərbaycan SSR Ali Sovetinin deputatı (6–8-ci çağırış) seçilmişdir.[5]