Ağdərə Polimetal yatağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ağdərə Polimetal yatağı - Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində zəngin polimetal ehtiyatlarına malik olmuş yataqlardan biri.

Coğrafi mövqeyi

Ordubad şəhərindən 56 kilometr şimal-qərb istiqamətində, Aza dəmiryolu stansiyasından 25 kilometr şimalda, Zəngəzur silsiləsinin cənub qərb yamacında dəniz səviyyəsindən 2100-2500 metr yüksəklikdə yerləşir. Yataq Qaranquş-Başkənd antiklinal qırışıqlığının tağ hissəsini tutur.

Süxurların tərkibi və metal ehtiyyatları

Süxurlar profritlərdən, tuf-brekçiyalardan, tuf-konqlomeratlardan, tuf qum daşlarından ibarətdir. Alt Eosenin vulkonagen qatından təşkil olunmuşdur. Polimetal filizləşməsi lay, linza, damar və möhtəvi tiplidir. Sənaye əhəmiyyətli filiz lay formasındadır. Filiz də qurğuşun 6,6%, sink 8,9%, mis 1,0%-dir. Əsas filiz mineralları: pirit, qalenit, sfalerit, az miqdarda xalkopirit, misin törəmə mineralları da vardır.[1]

İstismar tarixindən

Yataq 1952-ci ildən istismara verilmiş, hazırda isə istismarı dayandırılmışdır.[2]

Mənbə

  • Naxçıvan Ensiklopediyası. 2 cilddə, I cild, İstanbul: Bakanlar Medya, 2005

İstinadlar

  1. Минерально-сырьевые ресурсы Азербайджана (редактор чл.-корр. НАНА В.М.Бабазаде), Баку, 2005.
  2. Naxçıvan Ensiklopediyası. 2 cilddə, I cild, İstanbul: Bakanlar Medya, 2005, s. 17