Zəngəzur silsiləsi

Zəngəzur silsiləsi və ya Zəngəzur dağlarıCənubi Qafqazda, Azərbaycan və ərazisində dağ silsiləsi. Şimalda TərtərçayArpaçayın yuxarı axınlarından başlayaraq Araz çayına qədər uzanır. Uzunluğu 130 km-dir.

Zəngəzur dağ silsiləsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3904 m
Hündür zirvəsi Qapıcıq dağı
Yerləşməsi
39°09′ şm. e. 45°59′ ş. u.HGYO
Ölkələr
Zəngəzur dağ silsiləsi xəritədə
Zəngəzur dağ silsiləsi
Zəngəzur dağ silsiləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dağ silsiləsinin çox hissəsi sıldırım yamaclıdır. Əlvan metallara zəngin mürəkkəb geoloji quruluşa malikdir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ümumiyyətlə, Naxçıvan MR-in ərazisində əsas üstünlük təşkil edən iki iri oroqrafik vahid vardır[1]:

  1. Zəngəzur silsiləsi
  2. Dərələyəz silsiləsi

Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Qapıcıq (3906 metr) eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvədir. Qapıcıq zirvəsi 3865 metr hündürlüyə malik olan daim qar xəttindən də yüksəyə qalxır. Zəngəzur silsiləsi həm də Kiçik Qafqazın böyük silsilələrindən biri olub, Naxçıvan MR ilə Ermənistan arasında təbii sərhəd təşkil edir. Cənub-şərq istiqamətində tədricən ucalaraq Qapıcıq dağında öz maksimumuna çatan silsilə Qapıcıqdan cənuba doğru yenidən alçalmağa başlayır. Soyuq dağdan (3161 metr) cənubda 12-13 kilometrlik məsafədə sıldırım pillələr şəklində kəskin surətdə alçalaraq uçurumlu, qayalı yamaclarla Arazın yatağına enir. Zəngəzur silsiləsində bir neçə zirvənin yüksəkliyi 3500 metrdən (Nabad dağ, Dəvə boynu, Qazangöl dağı, Səfərdərə, Yağlıdərə, Sarıdərə, Şıxyurdu), bir neçə zirvənin yüksəkliyi isə 3000 metrdən (Ağdaban, Salvartı, Camal, Aracı, Dəmirli dağ, Əyri dağ, Soyuq dağ və s.) artıqdır. Burada aşırımların mütləq yüksəkliyi 2340 metrlə 3700 metr arasında dəyişir.

Zəngəzur silsiləsini mütləq yüksəkliyinin dəyişməsinə və parçalanmasına görə üç yerə bölmək olar[1]:

  1. Salvartı dağı
  2. Qapıcıq
  3. Soyuq dağ

Salvartı dağı

[redaktə | mənbəni redaktə et]

Salvartı dağı Ağdaban dağı ilə Gədik aşırımı arasındadır. Salvartı dağının orta yüksəkliyi 3000 metrə qədər olub, bəzi yerlərdə suayrıcı ilə hamarlanmışdır. Qədim buzlaq izləri, xüsusilə, təknəvari dərələr burada çox inkişaf tapmışdır. Salvartı dağının şərq yamacı qərb yamacına nisbətən bir qədər az parçalanmışdır. Bu hissədən qərbə Gömür, Toğlu qaya, Davaxh, Keçili və başqa qollar ayrılır.

Qapıcıq dağı

[redaktə | mənbəni redaktə et]

Zəngəzur silsiləsinin ikinci hissəsi Qapıcıqdır. O, Dəmirli dağla Soyuq dağ arasındakı ərazini əhatə edir. Mütləq yüksəkliyi 3400 metr ilə 3900 metr arasında tərəddüd edən bu sahə Zəngəzur silsiləsinin ən uca hissəsidir. Burada çoxlu zirvələr, uçurumlu yamaclar, dar suayrıcıları və qayalıqlar vardır. Geniş və dərin təknəvari dərələr, iri garlar, moren çöküntüləri burada tez-tez nəzərə çarpır. Silsilənin hər iki yamacı çox şiddətli surətdə parçalanmışdır. Ona görə də şərq yamacındakı qıfvari dərin su hövzələri “divarlarının” mailliyi 40-60 dərəcədən artıq olub, bəzən 80-90 dərəcəyə çatır. Kəskin fiziki aşınmadan yaranan süxurlar yamacların ətəklərinə toplanmışdır. Zəngəzur silsiləsinin Qapıcıq hissəsindən qərbə doğru Qırxlardağ, Dəvəboynu, Daşbaşı, Şıxyurdu və digər qollar uzanır.

Zəngəzur silsiləsinin sonuncu - üçüncü hissəsi Soyuq dağdır. O, 2000-3000 metr mütləq yüksəklik arasında tərəddüd edir. Bu hissə 12 kilometrlik bir məsafədə həm cənub, həm də qərb istiqamətində alçalır. Burada uçurumlu yamaclar, dar suayrıcıları var. Aşınmış süxurlar çox geniş yayılmışdır. Soyuq dağda qədim buzlaq relyefi azalır və relyefin alçalması ilə əlaqədar olaraq yox dərəcəsinə çatır. Yamaclarda olan uçurumların nisbi yüksəkliyi 200-500 metr arasında tərəddüd edir. Əsas silsilənin Soyuqbulaq hissəsindən cənub-qərbə iki qol ayrılır. Onlardan hər biri əlavə şaxələrə bölünmüşdür. Bu qollar üçün ən səciyyəvi cəhət suayrıclarının darlığı, yamacların dik və uçurumlu olması və nəhayət onların 5-6 kilometr məsafədə 3000 metrdən 600-800 metrə enməsidir. Qayalı yamacların ətəyinə və çay dərələrinin dibinə toplanan çoxlu aşınma materialları sel əmələ gəlməsi üçün əlverişli şərait yaradır.

Geoloji quruluşu

[redaktə | mənbəni redaktə et]

Zəngəzur silsiləsi şimal-qərb hissədə (Naxçıvan MR daxilində) neogen dövrünün effuziv süxurlarından, mərkəz hissədə paleogen dövrünün vulkanik mənşəli süxurlarından, cənub-şərq hissədə isə yuxarı oliqosen-miosenə qədər əmələ gəlmiş intruziv süxurlarından, mərkəz hissədə paleogen dövrünün vulkanik mənşəli süxurlarından, cənub-şərq hissədə isə yuxarı oliqosen-miosenə qədər əmələ gəlmiş intruziv süxurlardan təşkil olunmuşdur[1].[2]

  1. 1 2 3 Səfərəli Babayev. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Elm-1999
  2. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 245. ISBN 5-8066-1468-9.