Ağyurd Qızıl Yatağı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ağyurd QızılOrdubad rayonu ərazisində yerləşən yataq.

Haqqında

Ordubad rayonu ərazisində, Misdağ-şəlalə filiz sahəsinin mərkəzi hissəsində,dəniz səviyyəsindən 2300-2700 m yüksəklikdədir. Geoloji quruluşunda adamellit, kvars-siyenit-diorit,qabbrodiorit süxurları,həmçinin diorit-porfirit daykaları iştirak edir. Yataqda kvars-sulfid-qızıl filizləşməsi,əsasən,40-50° şimal-şərq istiqamətli pozulmalarla əlaqədar olaraq damar və damar zonaları tiplidir. Yataq Mehri-Ordubad instruziv kompleksi ilə əlaqədar əmələ gəlmişdir. Filiz cisimlərinin yatım şəraiti,morfofologiyası,filiz əmələ gətirən mineralların müxtəlifliyi yatağın orta temperaturda yarandığı göstərir. Əsas filiz mineralları:pirit, xalkopirit, molibdenit, misin törəmə mineralları, xırda dispersiyalı qızıl. Filizlərdə qızıl 0,4-11,6 q/t,mis 0,04-1,4%, molibden 0,03-0,09%-dir. Teksit əlamətlərinə görə filiz brekçiya(süxur) və konsentrik zona tiplidir.

Mənbə

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 105-17. ISBN 5-8066-1468-9.