AMEA Dünya Siyasəti İnstitutu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
AMEA Dünya Siyasəti İnstitutu
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi elmi-tədqiqat institutu
Yaradılıb 2014
Digər məlumatlar
Direktor Musa Qasımlı

Dünya Siyasəti İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat institutu.

2014-cü ildə yaradılmışdır.

Strukturu

  • "MDB ölkələri" şöbəsi.
  • "Avropa ölkələri və beynəlxalq təşkilatlar" şöbəsi
  • "ABŞ və Avropa ölkələri" şöbəsi
  • "Yaxın Şərq və Afrika ölkələri" şöbəsi
  • "Cənub-Şərqi Asiya ölkələri" şöbəsi
  • "Azərbaycan Respublikasının xarici siyasəti" şöbəsi
  • "Tərcümə, nəşriyyat və informasiya" şöbəsi

Fəaliyyət istiqamətləri

  • Dünyada baş verən sosial-iqtisadi, siyasi və b. proseslərin təhlili, qiymətləndirilməsi, onların Azərbaycan Respublikasına mümkün təsirlərinin qısamüddətli və uzunmüddətli proqnozlaşdırılması.
  • Dünya siyasətinin təkamülü, Azərbaycan Respublikasının onda yeri və rolu.
  • MDB ölkələrində, ABŞ-də və Amerika qitəsində, Avropa, Yaxın ŞərqAfrika, Cənub-Şərqi Asiya ölkələrində daxili ictimai-siyasi və iqtisadi proseslər, dünya siyasətində tutduqları yer, xarici siyasətlərinin başlıca istiqamətləri, məqsədləri, həyata keçirilmə mexanizmləri və formaları, qarşılıqlı münasibətləri, Cənubi Qafqaz siyasətində Azərbaycan Respublikasının yeri, əməkdaşlığın perspektivləri.
  • Beynəlxalq təşkilatlarda gedən proseslər, onlarda ayrı-ayrı dövlətlərin yeri və rolu.
  • Dünya ölkələri siyasətçilərinin və ictimai xadimlərinin Cənubi Qafqaza, o cümlədən Azərbaycan Respublikasına dair baxışlarının öyrənilməsi və təhlil edilməsi.
  • Azərbaycan Respublikasının xarici siyasət məsələlərinin araşdırılması və proqnozlaşdırılması.
  • Tərcümə və nəşr işlərinin görülməsi, institutun fəaliyyəti haqqında saytın təmin edilməsi və məlumatların informasiya vasitələrində yayılması.
  • İnstitutun ilkin formalaşması mərhələsində ildə iki dəfə şöbələrin araşdırdığı problemlərə dair hazırlanan analitik materialların müvafiq dövlət orqanlarına göndərilməsi

Mənbələr

Xarici keçidlər