Abbas Abbasov (dövlət xadimi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Abbas Abbasov
bayraq
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
bayraq2
1992 – 2006
Şəxsi məlumatlar
Doğum tarixi 4 avqust 1949(1949-08-04) (74 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Uşağı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • baytarlıq üzrə fəlsəfə doktoru[d]

Təltifləri "İstiqlal" ordeni — 2006

Abbas Aydın oğlu Abbasov (4 avqust 1949, Kirovabad) — Azərbaycan Respublikası Baş nazirinin birinci müavini (1992–2006).[1]

Həyatı

Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olmuşdur.

Təhsili

1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Həmin il respublika Baytarlıq Laboratoriyasında baytar həkim kimi əmək fəaliyyətinə başlamışdır. 1972–1973-cü illərdə hərbi xidmətdə olmuşdur.

Fəaliyyəti

1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979–1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983–1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990–1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın Dövlət müşaviri, vəzifələrində işləmişdir.

1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

Hazırda "AST Şirkətlər Qrupu" nun vitse-prezidenti və Müstəqil Dövlətlər Biriliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir. 1990–1995-ci ildən Azərbaycan Respublikasının xalq deputatı olmuşdur.

Mükafatları

Azərbaycan Respublikası Prezidentinin 19 may 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycanın iqtisadi inkişafındakı böyük xidmətlərinə görə Abbas Aydın oğlu Abbasov "İstiqlal" ordeni ilə təltif edilmişdir.

Ailəlidir, 4 övladı var.

Filmoqrafiya

  • Zirvəyə doğru (film, 2007)

İstinadlar

  1. "Abbas Abbasov üçün xüsusi əhəmiyyət daşıyan tarix". modern.az. 2019-12-04 tarixində arxivləşdirilib.

Xarici keçidlər