Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti — Aqrar sektor üçün yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan dövlət ali təhsil müəssisəsi.

Azərbaycan Dövlət Aqrar Universiteti
Əvvəlki adları Səməd ağa Ağamalıoğlu adına Kənd Təsərrüfatı İnstitutu, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyası.
Əsası qoyulub 1920
Rektor Zəfər Qurbanov
Tələbə sayı 5.524
Şəhər Gəncə
Ölkə
Ünvan Atatürk prospekti 450
Sayt adau.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1920-ci il noyabrın 13-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılmışdır. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə Azərbaycanda ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır.

1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə çox sayda kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranmışdı.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) tərkibinə birləşdirildi.

1950-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə İnstitutun 30 illik yubileyi keçirilidi.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə AKTİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1980-ci il dekabrın 16-da Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təqdim etmişdi.

Yarandığı dövrdən indiyədək Azərbaycan Dövlət Aqrar Universiteti müxtəlif xalqlardan olan 70 minə yaxın yüksəkixtisaslı mütəxəssis hazırlamışdır.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1991-ci ilin iyun ayından Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli 53 nömrəli qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanı ilə universitet özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət ali təhsil müəssisəsi kimi təsdiq edilmişdir.

Universitet sonuncu dəfə 2011-ci il iyulun 19-da "Dövlət qeydiyyatı haqqında şəhadətnamə" ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmışdır.

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Akademiyanın ABŞ, Fransa, Almaniya, İslandiya, Türkiyə, İran, Niderland, İspaniya, və MDB ölkələrinin ali kənd təsərrüfatı məktəbləri ilə tədris və elmi əlaqələri vardır. 2001-ci ilin aprel ayında tədris prosesində aparılan islahatlara, Avropa Şurasının tələblərinə uyğun təhsil proqramlarına və planlarına və digər yüksək göstəricilərə görə AKTA Fransa Respublikasının ən qədim tarixli (200 il) Sənayeyə Yardım Assosiasiyasının "Qızıl medalı" ilə təltif olunmuşdur.

Ferma Kompleksi

[redaktə | mənbəni redaktə et]

2017-ci ildə "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində müasir tipli ferma kompleksi tikilib Kompleks 20 baş mal-qara və 4 baş at saxlamaq üçün 2 fermadan, müasir sağım aparatlarından, yememalı aqreqatlarından, üzvi gübrə istehsalı üçün peyinin ilkin təmizlənməsi avadanlıqlarından ibarətdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]