Abbas Vəlibəyov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Abbas Vəlibəyov
bayraq
Azərbaycan Respublikası
Səhiyyə Nazirinin müavini
bayraq2
1999 – indiyə kimi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şuşa şəhəri
Vəfat tarixi
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsi
İxtisası həkim-terapevt
Atası Soltan Vəlibəyov

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Abbas Soltan oğlu Vəlibəyov (1947, Şuşa şəhəri — 9 aprel 2018[1]) — Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.[2][3]

Həyatı

1947-ci ildə Şuşa şəhərində anadan olmuşdur.[2]

Təhsili

1965–1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb.[2]

Karyerası

1971–1974-cü illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb. 1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru vəzifəsinə təyin edilib.[2] 1990-cı ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən bu günə kimi səhiyyə nazirinin müavini — Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı.[2][3]

Fəxri adları və dərəcələri

1981-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, sosial gigiyena və səhiyyənin təşkili üzrə ali dərəcəli həkim, Ümumittifaq Epidemioloqlar, mikrobioloqlar və parazitoloqların Elmi Cəmiyyəti Rəyasət Heyətinin, eləcə də Ümumittifaq Gigiyenist və sanitar həkimlərinin Elmi Cəmiyyətinin İdarə heyətinin üzvü seçilmişdir.[2][3] Yeni Azərbaycan Partiyasının üzvü idi. Səmərəli fəaliyyəti ilə respublikamızda səhiyyənin inkişafına sanballı töhfələr vermiş Abbas Vəlibəyov 1980-ci ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə "Səhiyyə əlaçısı" döş nişanı ilə, 2000-ci ildə “Əməkdar həkim” fəxri adı ilə, 2013-cü ildə "Tərəqqi" medalına layiq görülmüşdür.[3] 2017-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[2]

Siyasi mənsubiyyəti

Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.[2]

Mükafatları

İstinadlar

  1. Nazir müavini vəfat etdi — Azərbaycanda Arxivləşdirilib 2019-07-31 at the Wayback Machine. qafqazinfo.az, 09.04.2018  (az.)
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Azərbaycanda nazir müavini vəfat etdi". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
  3. 1 2 3 4 "Vəlibəyov Abbas Soltan oğlu". 2018-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.