Abbasqulu bəy Vəkilov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Abbasqulu bəy Vəkilov
Abbasqulu bəy Məmmədhəsən oğlu Vəkilov
Doğum tarixi
Doğum yeri Qazax, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Uşaqları Gəray bəy Vəkilov, Lütfəli bəy Vəkilov, Firuzə Vəkilova
Atası Məmmədhəsən bəy Vəkilov
Mükafatları Qılınclı və bantlı III dərəcəli Müqəddəs Stanislav ordeni II dərəcəli Müqəddəs Stanislav ordeni "Müqəddəs Anna" ordeni

Abbasqulu bəy Məmmədhəsən oğlu Vəkilov — polkovnik.

Həyatı

Polkovnik Abbasqulu bəy Vəkilov imperiyanın kavaler ordenləri ilə təltif olunmuşdur. 1867-ci il oktyabrın 10-da zabit rütbəsi alan Abbasqulu bəy uzun müddət Qars şəhərində yerləşən yüz əlli beşinci Quba süvari alayında xidmət edib. Tiflis hərbi gimnaziyasını bitirən Abbasqulu bəy Vəkilov 1884-cü il martın altısında podpolkovnik rütbəsı ilə təltif olunmuşdur. O, qırx ilə yaxın xidmət illərində Hərbi fərqlənmə ordenilə (1861), üçüncü dərəcəli Müqəddəs Stanislav (1873), dördüncü dərəcəli Müqəddəs Vladimir (bant və qılıncla birgə, 1873), ikinci dərəcəli Müqəddəs Stanislav (qılıncla birgə, 1879), ikinci dərəcəli Müqəddəs Anna (1888) və başqa orden, medalla təltif olunmuşdur.

Polkovnik Abbasqulu bəy Məmmədhəsən oğlu Vəkilov 1927-ci ildə yetmiş üç yaşında Bakıda vəfat etmişdir.

Ailəsi

Oğlanları: Gəray bəy Vəkilov, Lütfəli bəy Vəkilov Firuzə Vəkilova

Mənbə

Şəmistan Nəzirli