Gəray bəy Vəkilov

Gəray bəy Vəkilov (d.1884) - (v.1952, Bakı ş.) — 1918-ci ildə yeni yaranan süvari rotalarının təşkilatçısı, Gəncədə I süvari alayının komandiri, 1920-ci ilin əvvəllərində isə Bakıdakı I kadet korpusunda hərbi təhsil idarəsinin rəisi, polkovnik. Birinci süvari alayının komandiri kimi Gəncə, Tərtər və Bakıda xidmət edib. Abbasqulu bəy Vəkilovun oğludur. “Müqəddəs Georgi” ordeninin üçüncü dərəcəsilə təltif olunub.

Gəray bəy Vəkilov
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Atası Abbasqulu bəy Vəkilov
Mükafatları 3-cü dərəcəli "Müqəddəs Georgi" ordeni (Rusiya imperiyası)

Polkovnik Gəray bəy 1884-cü ildə Abbasqulu bəy Məmmədhəsən oğlu Vəkilovun ailəsində anadan olub. Tiflisdəki kadet korpusunu bitirib. Rus-Yapon və I Cahan savaşlarında döyüşən orduda iştirak edib. Döyüş xidmətlərinə görə “Müqəddəs Georgi” ordeninin üçüncü dərəcəsilə təltif olunub. Iyirminci ildən sonra Şəkidə yerləşən ikinci qırmızı kadet korpusunda xidmət edib.

Çar və Müsavat zabiti olduğuna görə şübhəli şəxs kimi dəfələrlə həbs edilib.

Tərtər və Bakıda xidmət edib.

Polkovnik Gəray bəy Vəkilovun üç oğlu son illərə kimi sağ idi: Böyükağa (1914-1995), Rüstəm (1916-1998). Fərrux (1921-1998).

1924-cü ildə ordudan tərxis olunan Gəray bəy ömrünün axırınadək Respublika Maliyyə Nazirliyində işləyib. 1952-ci il martın 14 də Bakıda vəfat edib.

  • Mənbə: Şəmistan Nəzirli "Azərbaycan Generallar"