Abdullah ibn əl-Səid Məhəmməd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Abdullah ibn əl-Səid Məhəmməd
ərəb. عبد الله التعايشي
bayraq
Mehdi Dövlətinin xəlifəsi
1895 – 25 noyabr 1899
ƏvvəlkiMəhəmməd Əhməd
Şəxsi məlumatlar
Doğum tarixi 1846[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 noyabr 1899(1899-11-24)[2]
Vəfat yeri
Fəaliyyəti hərbi qulluqçu, siyasətçi
Dini islam
Rütbəsi əsgər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abdullah ibn Səid Məhəmməd (ərəb. عبد الله بن سعيد محمد‎; 1846[1][2][…], Darfur24 noyabr 1899[2], Kordofan[d]) — Sudanlı Mehdinin ölümündən sonra Mehdi Dövlətinin başçısı və xəlifə (1885–1898).

Həyatı

Abdullah ibn Səid Məhəmməd təxminən 1846-cı ildə Tayşa Bəqqarə qəbiləsində anadan olmuşdur. Atası Məhəmməd ət-Taki ailəsi ilə birlikdə Məkkəyə köçmək istəmiş, lakin bölgənin çətin vəziyyəti ona mane olmuşdur.[3]

Abdullah Sudanlı Mehdinin ölümündən sonra, 1885-ci ildə Mehdi Dövlətinin başına gəlmişdir. O, mehdiçilərin mərkəzləşdirilmiş feodal dövlətini gücləndirmiş, qüvvətli ordu yaratmışdı. İngilis müstəmləkəçilərinə qarşı sudanlıların müqavimət hərəkatına (1895–1898) başçılıq etmişdir. 1898-ci ildə Omdurman döyüşündə ingilislər qalib gəldikdən sonra Abdullah Sudan xalqının gerilla hərəkatına rəhbərlik etmiş və döyüşdə həlak olmuşdur.[4]

İstinadlar

  1. 1 2 ʻAbd Āllāh ibn Muḥammad Taʻīʼshī // Faceted Application of Subject Terminology.
  2. 1 2 3 4 Abd Allah // Encyclopædia Britannica (ing.).
  3. 'Abd Allah // Encyclopædia Britannica. I: A-Ak - Bayes (15th). Chicago, Illinois: Encyclopædia Britannica, Inc. 2010. 16. ISBN 978-1-59339-837-8.
  4. Абдуллаһ ибн Сәид Мәһәммәд // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 20.

Əlavə ədəbiyyat