Adeleinlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Adeleinlər
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Adeleinlər (lat. Adeleina) — Sporlular və ya Apikompleksa lat. Apicomplexa tipinə aid olan yarımdəstəsidir. 3 fəsiləsi, 8 cinsi məlumdur. Onlardan Azərbaycanda Haemogregarinidae fəsiləsinin Haemogregarina, Hepatozoon, Karyolysus cinslərinin nümayəndələri tapılmışdır.

Xarakterik əlamətləri

Balıqlarınsürünənlərin qan parazitləridir. Adeleid koksidiləri üçün belə bir xüsusiyyət xarakterikdir ki, makro və mikroqamontların inkişafı bilavasitə bir-biri ilə əlaqədə baş verir. Mikroqametosit 1–4 mikroqamet formalaşdırır. Qametlərin kopulyasiyası siziqiyanın ümumi qabığı altında baş verir. Əmələ gələn ziqota böyüyür, qabıqla örtülür və oosistaya çevrilir. Sporoqoniya prosesi oosistanın içərisində ya sporozoitlərlə sporosistaların, ya da sporosistalara daxil olmayan sərbəst sporozoitlərin əmələ gəlməsinə gətirib çıxarır. Bu koksidilərin transmissiyası onurğasız daşıyıcının udulması nəticəsində baş verir. Sporozoitlər daxili orqanların hüceyrələrində məskunlaşırlar, ancaq son nəticədə onlar qan hüceyrələrinə keçir və sahibin periferik qan dövranına düşürlər. Əksər hallarda periferik qan eritrositlərində aşkar edilən mərhələlər qamont olur.[1]

Yayılması

Azərbaycanda balıqların və sürünənlərin qanında məhz bu mərhələlər tapılmışdır. Parazitlərin növ tərkibi müəyyən edilməmiş, daşıyıcıları tapılmamışdır. Haemogregarina, Hepatozoon cinslərindən olan parazitlər Kür xramulasında, adi koramalda, tısbağada, gürzədə, Qafqaz aqamasında; Karyolysus udavcıqda, sarı koramalda aşkar edilmişdir[2].

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. I cild, Elm nəşriyyatı, 2002, 266 səh.

Həmçinin bax

İstinadlar

  1. Azərbaycanın heyvanlar aləmi. I cild, Elm nəşriyyatı, 2002, 266 səh.
  2. Qəndilov, 1963; Musayev, Zeyniyev, 1992

Xarici keçidlər