Adi ərgüdə

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Adi ərgüdə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi ərgüdə (lat. Vitex agnus-castus) — viteks cinsinə aid bitki növü.

Təbii yayılması

Şimali Afrika, Avropa, Asiyanın mülayim iqlim zonası və subtropikləri, ön Asiya, Zaqafqaziya, orta Asiyada yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 4–8 m olan ağacvari koldur. Bitki sıx, yapışıq tükcüklərdən ibarət boz keçəldir. Budaqları qonur, dörd hissəli, kəskin qoxuludur. Yarpaqları iri, uzun saplaqlarda (4 sm), üzbəüz yerləşmiş, barmaqvari mürəkkəb, 5-7 xırda yarpaqlıdır, yalançı zoğları yoxdur. Çiçəkləri çoxsaylı, açıq bənövşəyi, iki dodaqlı, sıx süpürgəvari sünbülvari çiçək quruplarında budaqların uclarında yığılmışdır. Kasacığı beş hissəli, bitişik yarpaqlı, boruvari formalı, uzunluğu 9 mm-dir. Dörd erkəkciyi çiçək tacının üzərindən yuxarı çıxır. Çiçək tacının rəngi zəif mavidir. Meyvəsi qara, dörd yuvalı, şarşəkilli, diametri 3–4 mm olan quru çəyirdəkdir. İyundan oktyabradək çiçəkləyir, oktyabr- noyabrda meyvə verir.

Ekologiyası

Torpağa tələbkar deyil, daşlı, qumlu, gillicəli torpaqlarda bitir, duza davamlıdır. Dəniz səviyyəsindən 400 m hündürlükdə, su mənbələrinin sahillərində, dağ yamaclarında bitir.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqazda, Kür-Araz ovalığında, Talışda və Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi

Həm dеkоrativ, həmdə bal vеrən bitkikidir. Bütün hissələrində alkоlоidlər, aşı maddələri, vitaminlər, mikrоеlеmеntlər, еfir yağları vardır. Bitkinin budaq və mеyvələrinin dəmlənməsi müхtəlif dəri хəstəliklərində istifadə edilir.

İstinadlar

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 638.