Adi qladiolus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Adi qladiolus
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi qladiolusAdi qarğa soğanı (lat. Gladiolus communis)[2] - qladiolus cinsinə aid bitki növü.

Morfoloji təsviri

Hündürlüyü 50-70 sm olan bitkidir. Soğanağı yumurtaşəkilli-dəyirmidir; pulcuqları kobud liflidir, yuxarı hissədə torludur. Gövdəsi kifayət qədər nazikdir.

Yarpaq

Yarpaqlar 2 ədəd, bəzən 3 ədəd olur, yaşıl rəngdədir, xətli-qılıncvaridir, eni 0,5-1,5 sm, 3 ədəd nəzərə çarpan damarı vardır.

Çiçək

İyun ayında çiçəkləyir. Sünbüldə çiçəklərin sayı 2-3 ədəddir, həmişə birtərəfli düzülmüşdür. Çiçəkyanlığı fırfır-bənövşəyi, və ya tünd-fırfır bənövşəyi rəngdədir.

Meyvə

Qutucuq oval-ellipsşəkillidir. Toxumları qanadlıdır. İyun-İyul aylarında meyvə verir

Azərbaycanda yayılması

BQ (Quba), Naxçıvan, dağ., İsmayıllı rayonu, yuxarı və orta dağ qurşağında (2200 m. d.s.y.)

Yaşayış mühiti

Çəmənliklərdə rast gəlinir.

Mənbə

  • E.Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 36.
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.