Aedophron rhodites

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aedophron rhodites
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Aedophron rhodites
Beynəlxalq elmi adı

Aedophron rhodites (lat. Aedophron rhodites) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin aedophron cinsinə aid heyvan növü.

Qısa təsviri

Qanadları açılmış halda 25–30 mm-dir. Ön qanadları çəhrayıya, çox vaxt bənövşəyiyə çalır. Qanadın ortasında bir, çox vaxt paza oxşar iki sarı rəngdə ləkə vardır. Arxa qanadları boz rəngdədir. Hər iki qanadın kənarları çəhrayı rəngdədir. Baş, döş, eləcə də beli yumşaq açıq sarı-çəhrayı tüklərlə örtülmüşdür.

Yayılması və sayı

Avropa, Kiçik Asiya, Rusiya, Qafqaz, İran, Türkiyədə yayılmışdır. Azərbaycanda isə məhdud areala malikdir. Naxçıvan Muxtar RespublikasındaKür-Araz düzənliyində yayılmışdır. Azsaylıdır.

Yaşayış yeri və həyat tərzi

Düzənlik və dağ səhra kserofit stasiyalarda yaşayır. Həyat tərzi öyrənilməmişdir. Kəpənəyi mayın axırlarından iyulun ortalarına qədər uçur. Pup mərhələsində qışlayır. Tırtılları iyul ayında quru bitkilər və quru bitki toxumları ilə qidalanırlar. Tırtılları yovşanastroqal üzərindədə yaşayır. Torpağın dərin qatlarında puplaşır. İldə bir nəsil verir.

Məhdudlaşdırıcı amillər

Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması məhdudlaşdırıcı amillərdəndir.

Qorunması üçün məsləhət görülən tədbirlər

Yaşayış yerlərində yasaqlıq təşkil etmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.

İstinadlar

Həmçinin bax