Alban kitabələri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Alban kitabələriQafqaz albanlarının erkən orta əsr epiqrafik abidələri.[1].

1948–1952-ci illərdə Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı üzərində alban yazısı olan V–VI əsrlərə aid kitabələr tapılmışdır. Həmin dövrə aid xritian məbədindəki mehrabın üzərində (daşdan düzəldilmiş dördkünc xaç oturacağının pərvazında) həkk edilmiş yazı dövrümüzədək çatmış ən böyük kitabədir. Üzərində Alban yazısı olan gil şamdanlar və küp parçaları da aşkar edilmişdir. Alban kitabələri indiyədək xunmamışdır.[1]

İstinadlar

  1. 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 293. ISBN 978-9952-441-02-4.

Əlavə ədəbiyyat

  • Vəkilov R.M. Mingəçevir epiqrafik abidələrinin arxeoloji xarakteristikası. Azərb. SSR EA-nın Xəbərləri (ictimai elmlər seriyası). 1958 №4.