Alcest

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Alcest
Neige, 2011
Neige, 2011
Əsas məlumatlar
Üslub Blək metal (ilkin dövr)
şuqeyzinq
post-metal
Fəaliyyət illəri 2000—h.h.
Ölkə Fransa Fransa
Şəhər Banyol-syur-Sez
Leybl Drakkar Productions
Northern Silence Productions
Prophecy Productions
Heyət Neige
Winterhalter
Keçmiş üzvlər Aegnor
Argoth
alcest-music.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alcest2000-ci ildə Bagnols-sur-Cèze, Fransada qurulmuş black metal qrupudur.

Tarixi

Alcest 2000-ci ildə Neige tərəfindən solo proyekt kimi yaradılmışdır.[1] Tezliklə qrup 3 nəfərdən ibarət blək metal proyektinə çevrilmişdir. Argoth, Aegnor və Neigedən ibarət qrup 2001-ci ildə Tristesse Hivernale adlı ilk demo albomunu buraxdı. Elə bu albomdan sonra da qrup yenidən Neigenin şəxsi proyektinə çevrildi. 2005-ci ildə Le Secret adlı EP yayımladı. EPdə Şarl Bodlerin şeirlərindən istifadə olunmuşdur. Albomun yeni janrda olması Alcesti blək metaldan uzaqlaşdıraq şuqeyzinqə yaxınlaşdırdı. 2007-ci ildə ilk albomunu yayımlayan Alcest Souvenirs d'un autre monde ilə şöhrət qazandı. Sonrakı iki albomlarında post-metal tərzini qoruyan proyekt 2014-cü ildəki Shelter albomu ilə metal janrından tamamilə ayrıldı və post-rok janrına keçid etdi.

Konsept

Şarl Bodler

Alcest qrupu haqqında Neige belə deyir:

O reallıq kimidir. Öz qabağındakını görmək çox asandır. Sən maddəyə fikrini yönəltsən, onun bir parçası olacaqsan, heç nə öyrənə bilməyəcəksən. Əgər incəsənətdə sən xətlərə, fırça zərbələrinə fikir versən onda emosiyanı, real hissi itirərsən. Bəlkə də, bəziləri, elə bunun kimi Alcestə qulaq asacaq və deyəcək : bu melanxolik metaldır. Elə buna görə də mən intervyu vermək istəyirəm. Hiss edirəm, aydınlıq gətirməyə ehtiyac var. Qorxuram ki, mən öz musiqimdə kifayət qədər ziyalı deyiləm. Buna görə də, hətta az belə olsa da, mən stili dəyişmək istəyirəm. Mən daha çox aydınlıq gətirmək və anlaşılmazlıqları aradan qaldırmaq istəyirəm. [2]

Qrup üzvləri

  • Neige - vokalist, gitarist, klaviatura (2000-indiyədək), zərb alətləri (2000-2009), bass gitara (2001-indiyədək)
  • Winterhalter - zərb alətləri (2009-indiyədək)

Diskoqrafiya

Studiya albomları

Demo albomları

EPlər

İstinadlar

  1. "Bioqrafiya". 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.
  2. "Neige ilə müsahibə". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.