Black metal

Black Metal heavy metalın bir alt növü olub, 1980-ci illərdə yaranmağa başladı. Bu illərdə proto-black metal qrupları, etdikləri növün 'black metal' olaraq adlandırılmaqdan bir az uzaq olsa da, black metalın ayrı bir növ olaraq ortaya çıxmasına liderlik etmiş qruplardır. Bu musiqi janrı adını Venom musiqi qrupunun 1982-ci ildə yayımladığı Black Metal albomundan alır. Proto-black, thrash metal və black metal arasında bir keçid formasıdır.

İlk Proto-black qrupu Venom hesab edilir. Venomun musiqisi ilə indiki black metal arasındakı fundamental oxşarlıqlar; narahat edici vokallar ilə sürətli və aqressiv musiqi. Venomun 1982 çıxışlı Black Metal adlı albomu növə adını verən albomdur. İsveçli Quorthon (Tomas Forsberg)'un bir nəfərlik fəaliyyəti Bathory, Venomun musiqisini sürətləndirib daha sərt vokal və qaranlıq bir atmosfer işlədərək black metalın demək olar ki ayrıca bir növ olaraq ortaya çıxmasını təmin etmişdir. Digər proto-black qrupları Hellhammer, Celtic FrostMercyful Fate'dir.

1990-cı illərdə bəzi Death metal qruplarından da ilham alaraq inkişafını sürətləndirib. Hazırda black metalın axımını, tərzini müəyyən edən əsas ölkə Norveçdir. Əsasən, elektro qitara, bas qitara, baraban və vokal olaraq skream vokal istifadə olunur. Melodik black metalda klavyatura da istifadə olunur. Qitaralar adətən standart akkordda olur. İlk başlar albomlar 'çirkli səs qeydi' adlanan aşağı səviyyədə olurdu ki, bu da qruplara istədikləri atmosferi yaratmaqda ən başlıca kömək idi, ama zamanla bu cür qeyddən imtina etmişlər. Soyuq,qaranlıq,meşə kimi şimali avropa təbiətinə aid xüsusiyyətləri mahnılarda əsas aura etməyə çalışarlar. Bütün dinlərə, adət ənənənələrə qarşı nifrət, söyüşlər vardır. Black metalın yarandığı ölkələr səbəbindən təhqir əsasən Xristiyanlığa qarşıdı. Black metal musiqiçiləri, albom dövrü fotoşəkil çəkilişlərində və konsertlər zamanı üzlərinin hamısına və ya böyük bir qisiminə qara və ağ rənglərdən ibarət olan makiyajlar edərlər. Bu makiyajlar musiqiçinin bir cəsədə bənzəməsini təmin etmək üçün edilir və adı Corpse Paintdir. Black metal musiqiçiləri öz adları yerinə bir ləqəb istifadə edərlər. Corpse Paint'i ilk dəfə Mercyful Fatenin vokalisti King Diamond istifadə etmişdir.

Black metal, musiqisi və mahnı sözləri xaricində, ictimaiyyətində baş verən hadisələr də diqqət çəkmiş və populyar mədəniyyət tərəfindən sıx reaksiya toplamışdır. 1990cı illərin başında black metalın qabaqcıl qruplarından bəzi üzvlər kilsə qundaqlama hadisələrindən məsul tutulmuşlar. Qundaqlama məqsədində ən müvəffəqiyyətli cəhd Norveçdəki 'Fantoft Kilsəsi' yanğınıdır. Bu yanğın sonunda kilsə tamamilə istifadə edilməz hala gəldi. Burzumdan Varg Vikernes hadisədən şübhəli olaraq nəzarətə alınsa da, dəlil qeyri-kafiliyindən ötəri sərbəst buraxıldı. Burzum'un albomu Aske'də Fantoft Kilsəsinin xarab olduqdan sonra çəkilmiş rəsmi albom qapağı kimi istifadə edilmişdir. Varg Vikernes, bu rəsmi özünün çəkmədiyini iddia edir. Kilsə qundaqlama, hazırkı black metalcilərcə vacibliyi və doğruluğu müzakirə edilən bir mövzudur. Gorgoroth'dan Gaahl özüylə edilən bir müsahibədə kilsə qundaqlama hadisələrini dəstəklədiyini söyləmiş və "daha çox olmalı, daha çox da olacaq" demişdir. Mayhem qrupundan Nerobutcher isə bu qundaqlama hadisələrini "mənasız" olaraq dəyərləndirmişdir. Black metal ictimaiyyətində intihar və cinayət hadisələri tez-tez yaşanır. Mayhem qrupunun üzvü Dead (dead ingiliscə "ölü" mənasını verir, bu özünün seçdiyi bir ləqəbdir) 1991-ci ildə başına silah sıxaraq intihar etdi. Tək qeydi "bütün bu qanları üzrlü sayın" idi. Deadın ölü halının şəkli çəkilərək Mayhemin 'Dawn of the Black Hearts' albomunun albom qapağı olaraq istifadə edildi. Yenə Mayhem qrupunun başqa bir üzvü Euronymous (ləqəbinin mənası "kəllə", gerçək adı Qystein Aarseth'dır) Burzum qrupundan Varg Vikernes tərəfindən 1993-ci ildə öldürüldü. Vikernes 21 il həbsə məhkum edildi. Vikernes musiqi işlərinə həbsxanada də davam etdi, yalnız, 1997 və 1999-cu ildə çıxardığı iki albom black metal deyil, ambient-electronic növdən idi. 1992-ci ildə isə Emperor qrupundan Faust başqa bir cinayətə qarışdı. Qurban bu dəfə black metal ictimaiyyəti xaricindən idi. Faust Lillehammer'daki Olimpik parkı gəzərkən homoseksual bir adam, Rhys Adamec, Faust'a yaxınlaşaraq birlikdə yaxındakı meşəyə getməyi təklif etdi. Faust təklifi qəbul etdi və meşəyə daxil olduqda Adamec'i öldürdü. Hadisə, polisin Qystein Aarseth cinayəti istintaqını icra edərkən ortaya çıxdı. Dissection'un əsas üzvü Jon Nödtveidt isə 1997-ci ildə Əlcəzair əsilli bir homoseksualı öldürmək günahından həbsə girmiş, 2004-cü ildə cəzasını tamamlamışdır. Lakin çıxdıqdan 2 il sonra 2006-ci ildə Stockholmdakı evində intihar etmişdir.

Black metalın alt və qarışıq növləri

[redaktə | mənbəni redaktə et]

Atmospheric black metal

[redaktə | mənbəni redaktə et]

Black metalın yavaşlamış və agressivliyini böyük ölçüdə itirmiş növüdür. İstifadə edilən melodiya, qrupun olduğu mədəniyyətin folk musiqisini əks etdirir. Hüzünlü bir havası olur. Barabanlar tipik black metal xüsusiyyəti olan blast beat etməz, olduqca yavaş çalınır, temp aşağıdır. Yenə scream vokallar agressivliyini itirər, ağrılı bir insanın fəryadlarına bənzəyir. Növün ilk qrupu Burzum, əsas tərəfdarları isə Drudkh, Summoning, Negură Bungetdir.

Blackened death metal

[redaktə | mənbəni redaktə et]

Black metalın death metal ilə qarışdırılmış növüdür. Həm death metaldaki texniki qitara riflərinə, həm də black metalın sadə/minimalist qitara çalımına rast gəlinir. Death metal xarakteristikaları daha ağırlıq təşkil edər. Bu mələz növün ən tipik nümunəsinə, Behemoth'un Satanica albomunda rast gəlinir. Çünki bu albom, əvvəllər black metal edən qrupun death metala keçərkən çıxardığı bir keçid albomudur. Belphegor, Sarcophagus, Zyklon diqqətə dəyər Blackened death metal qruplarıdır.

Melodik black metal

[redaktə | mənbəni redaktə et]

Melodik black metal, bir alt növ olmaqdan çox melodiyanı önə çıxaran black metal qruplarının musiqilərini təyin edən ümumi bir anlayışdır. Sinfonik Black metal qrupları bura daxildir. Qulağ asmalı nümayəndələri Emperor, Dimmu BorgirOld Man's Child' dır.

True black metal

[redaktə | mənbəni redaktə et]

("Pure", "raw" və ya "saf" black metal) Black metalın ən işlənməmiş, əsl, minimalist və texnikadan uzaq şəklini ifadə edər. İstifadə edilən elementlər üzərində demək olar ki heç işlənmədiyindən, növə bələd olanlar xaricində, mahnıları bir-birindən ayırmaq çətindir. Darkthrone, Gorgoroth, Malfeitor, Taake, Morbosidad növ üçün örnəklərdir. Günümüzdə isə bu cür black metalı davam etdirən əsas qruplar olaraq Morbosidad, CarpathiaN Forest, Nattefrost, Tsjuder, Goat Semen, Infernal War, Blasphemophagher, Anal Vomit, Impaled Nazarene, Teitanblood, Gospel Of The Horns və s. nümunə verilə bilər.

Depressiv Black Metal

[redaktə | mənbəni redaktə et]

Depressiv black metal, depressiv meylləri işləyən və əsasən, mahnı sözləri intihar mövzulu bir musiqi formasıdır.

Ümidsizlik, çətinlik, kədər, qorxu kimi mənfi mənəvi problemləri ələ alır. Musiqi əvvəlki növlərdə olduğu kimi, yenə aqressiv və sərtdir. ShiningForgotten Tomb növün qabaqcıl qruplarındandır. Void adlı depressive suicidal black metal qrupumuz olsa da artıq fəaliyyət göstərmir. Black Metalın ən az yayılmış növü olmağına baxmayaraq müsəlman ölkələrində də kifayət qədər dbm, dsbm qrupları mövcuddur:

Qrup Aid olduğu ölkə Fəaliyyət illəri
Acrosome Türkiyə-Ankara 2009-dan günümüzə kimi
Cragataska Türkiyə-Ankara 2008-dən günümüzə kimi
Ölüm Türkiyə-Ankara 2009-dan günümüzə kimi
Zenith Maudlin Türkiyə-Ankara 2005-dən günümüzə kimi
Valefor Türkiyə-İzmir 2008-dən günümüzə kimi
Silent Path İran-Tehran 2009-dan günümüzə kimi
Zakhm İran-Zahedan 2009-dan günümüzə kimi
Forgive Me İordaniya-Zarqa 2009-dan günümüzə kimi
Death Diaries İordaniya-Zarqa 2010-dan 2011-ci ilə kimi. Vokalist 'Akhmaedoroth'un psixi problemləri səbəbindən dağılmışdır.
Ahakay N' Bror Mərakeş-Mərakeş 2005-dən günümüzə kimi
Her Suffering Mərakeş-Agadir, Souss-Massa-Draa 2009-dan günümüzə kimi
Moria Əlcəzair-Kouba 2001 - (nəvaxt dağıldığı bilinmir)
Dark Philosophy Misir-Qahirə 2004-dən günümüzə kimi