Post-rok

Post-rok — adi rok musiqisində olduğu kimi instrumentlərdən istifadə olunsa da, daha fərqli olaraq səsin rəngi və hisslərini mümkün qədər çox musiqiyə aşılaması ilə fərqlənir. Don Caballero və Tortoise 90-cı illərdə olan ilk post-rok qrupları sırasında yer alır. Termin olaraq Simon Reynolds tərəfindən Bark Psychosis'in Hex adlı albomunun Mojo jurnalında mart 1994-də yayımlanan tənqidedici yazısından yarandığına inanılır. Reynolds bu düşüncəsini daha sonra the wire jurnalının may nəşrində aydınlaşdırdı və bu termini "rok instrumentlərini rokdan fərqli məqsədlər üçün istifadə etmək, gitaranı riff və güc akkordlarından əlavə səsin rəngini və hissini müəyyən edən bir tərzdə istifadə etmək" olaraq qiymətləndirdi.

Post-rock qrupları 60-cı illərdə ABŞ`da yaranmış The Velvet Underground`dan çox böyük təsir almışlar.

90-cı illərdə post-rok

[redaktə | mənbəni redaktə et]

90-ların ilk illərində qurulan Slint və ya daha əvvəl qurulan Talk Talk qrupunun Post Rock'a təsiri olduğu bilinir.