Aleksandr Beqlov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aleksandr Beqlov
rus. Александр Беглов
Doğum tarixi (68 yaş)
Doğum yeri Bakı Azərbaycan Azərbaycan
Vətəndaşlığı Rusiya Rusiya
Təhsili
  • Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universiteti[d]
Fəaliyyəti siyasətçi
Elmi dərəcələri
Partiyası
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Beqlov (19 may 1956, Bakı) — rus dövlət xadimi, 3 oktyabr 2018-ci ildən etibarən Sankt-Peterburqun qubernatoru vəzifəsini müvəqqəti icra edir[1]. Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri və Rusiya prezidentinin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsidir. Vahid Rusiya partiyasının üzvüdür.

Həyatı və təhsili

Aleksandr Dmitriyeviç Beqlov 19 may 1956-cı ildə Bakıda anadan olub. 1976–1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1983-cü ildə Leninqrad Mühəndis-İnşaat İnstitutunu (hazırkı Sankt-Peterburq Dövlət Memarlıq-İnşaat Universiteti), 2003-cü ildə Şimal-Qərb Dövlət Xidməti Akademiyasını (hazırkı Şimali-Qərb İdarəçilik İnstitutu) bitirib.

Fəaliyyəti

  • 1979–1991-ci illərdə Leninqrad şəhərinin tikinti təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.
  • 1991–1997-ci illərdə "Melazel" alman-rus birgə müəssisəsinin baş mühəndisi olub.
  • 1997–1999-cu illərdə Sankt-Peterburq Dövlət Arxitektur-İnşaat Universitetində baş elmi işçi, doktorant olub.
  • 1999–2002-ci illərdə Sankt-Peterburqun Kurort inzibati rayonunun başçısı işləyib.
  • 2002–2003-cü illərdə Sankt-Peterburqun vitse-qubernatoru, 2003–2004-cü illərdə Rusiya Prezidentinin Şimali-Qərb federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin I müavini, 2004–2008-ci illərdə Rusiya Prezidentinin köməkçisi, 2008–2012-ci illərdə Rusiya Prezident Administrasiyası rəhbərinin müavini, 2012–2017-ci illərdə Rusiya Prezidentinin Mərkəz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi olub[2].
  • 25 dekabr 2017-ci ildə Rusiya Prezidentinin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsi təyin edilib. A. Beqlov 26 iyun 2018-ci ildə yenidən bu vəzifəyə təsdiq edilib[3].
  • 3 oktyabr 2018-ci ildən etibarən Sankt-Peterburqun qubernatoru vəzifəsini müvəqqəti icra edir[1].

Mükafatları

  • 15 mart 2004-cü ildə Rusiyanın Federasiyasının əməkdar mühəndisi adını alıb[4].
  • 19 may 2006-cı ildə IV dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordeni və Rusiya Federasiyasının Fəxri Fərmanı ilə təltif olunub[4][5].
  • 1 iyul 2010-cu ildə Sestroretsk şəhərinin fəxri sakini adını alıb[6].
  • 2011-ci ildə I dərəcəli "Müqəddəs Mömin Moskva knyazı Daniil" ordeni ilə təltif edilib[7].
  • 2012-ci ildə III dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordeni ilə təltif olunub[8].
  • 2013 və 2014-cü illərdə "Müqəddəs Sergiy Radonejski" ordeni ilə təltif edilib[9][10].

İstinadlar

  1. 1 2 "Встреча с Георгием Полтавченко и Александром Бегловым". Президент России (rus). 2018-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-03.
  2. Указ Президента России от 23 мая 2012 года № 704 "О полномочном представителе Президента Российской Федерации в Центральном федеральном округе" Arxivləşdirilib 2014-01-07 at the Wayback Machine
  3. "Arxivlənmiş surət". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.
  4. 1 2 Указ Президента Российской Федерации от 15 марта 2004 года № 360 "О награждении государственными наградами Российской Федерации"
  5. Указ Президента Российской Федерации от 19 мая 2006 года № 511 "О награждении орденом "За заслуги перед Отечеством" IV степени Беглова А. Д."
  6. Решение Муниципального совета города Сестрорецка от 01 июля 2010 года № 65 "О присвоении звания "Почётный житель города Сестрорецка" в 2010 году" Arxivləşdirilib 2012-03-10 at the Wayback Machine
  7. "В неделю 6-ю по Пасхе, о слепом, Святейший Патриарх Кирилл возглавил служение Божественной литургии в воссозданном храме Санкт-Петербургской духовной академии". 2019-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.
  8. "Раздаст по заслугам". 2014-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.
  9. "Предстоятели Иерусалимской и Русской Православных Церквей совершили освящение Никольского Морского собора в Кронштадте". 2019-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.
  10. "Святейший Патриарх Кирилл вручил церковные награды участникам торжеств в честь 700-летия преподобного Сергия Радонежского". 2014-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-08.