"Yedinaya Rossiya" Ümumrusiya Siyasi Partiyası (rus. Единая Россия) — Rusiya sağ mərkəzçi sosial-mühafizəkar partiya, Rusiyanın ən böyük partiyası.[3]
Vahid Rusiya Единая Россия | |
---|---|
Sədri | Dmitri Medvedyev |
Qurucu | |
Quruluş tarixi | 1 dekabr 2001 |
Baş qərargah | |
İdeologiya | sosial mühafizəkarlıq[d], dövlətçilik |
Üzvlüyü |
|
Bələdiyyədə |
Regional parlamentlərdə 2.849 / 3.982 |
Aşağı palatada |
325 / 450 [1] |
Yuxarı palatada |
128 / 170 [2] |
Saytı | er.ru |
Vikianbarda əlaqəli mediafayllar |
2003-cü il seçkilərinə görə partiya Rusiya Dövlət Dumasında parlament çoxluğu, 2007-ci il seçkilərinə görə isə konstitusiya çoxluğu əldə edir.
2011-ci ildə hökumətin beş üzvü partiya üzvü idilər: Vyaçeslav Volodin, Aleksandr Jukov, Yelena Skrınnik, Yuri Trutnev və Sergey Şoyqu[4]. 28 sentyabr 2010-cu il tarixinə ölkənin 83 subyektinin 75-ə partiyanın mümayəndəsi rəhbərlik edir.
2011-ci il Dövlət Dumasına seçkilər birinci dəfə olaraq partiyanın keçirdiyi praymariz nəticəsində tərtib edilmişdir. O seçkilərə yeni təçkil edilmiş Ümumrusiya xalq Cəbhəsi ilə birgə getmək niyyətindədir.[5].
Partiyanın 24 sentyabr 2011-ci ildə keçirilmiş XII qurultayının qərarına əsasən partiya siyahısına RF Prezidenti Dmitri Medvedyev başçılıq etmişdir[6], 2012-ci il prezident seçkilərinə isə "Yedinaya Rossiya" Vladimir Putinin namizədliyi irəli sürüldü.[7]
4 dekabr 2021-ci il tarixli qurultayda Mərkəzi İcraiyyə Komitəsinin rəhbəri Aleksandr Sidyakin oldu.[8][9][10]