Aleksandr Hemon

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aleksandr Hemon
Doğum tarixi 9 sentyabr 1964(1964-09-09)[1] (59 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti yazıçı, roman yazıçısı, jurnalist, ssenarist
aleksandarhemon.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Hemon (bosn. Aleksandar Hemon, 9 sentyabr 1964[1], Sarayevo[1]) — Bosniya əsilli Amerika yazıçısı, publisist. Əsərlərini ingilis dilində yazır.

Tərcümeyi-hal

Atası yarı ukraynalı (yazıçı babası Birinci Dünya Müharibəsi dövründə Qərbi Ukraynadan Bosniyaya gəlmişdir), anası bosniyalı serbdir. Sarayevo Universitetini bitirib, 1990-cı ildən çap olunmağa başladı. 1992- ci ildə Çikaqoya turist olaraq gəldi , Bosniya müharibəsi başladıqdan sonra ABŞ-də qalmaq qərarına gəldi. İngilis dilini demək olar ki bilmirdi. Bir neçə peşə dəyişdirdi, sonra isə ingilis dilində yazmağa başladı. İngilis dilində ilk nəşri 1995-ci ildə baş tutdu. New York Times, New Yorker, Esquire, Paris Review, Granta və s. qəzetlərdə dərc edilmişdir. Sarayevonun BH Dani (Bosniya və Herseqovina günləri, Bosniya dilində-az) jurnalının köşə yazarıdır. Hazırda Çikaqoda yaşayır.

Bir neçə amerika ədəbi mükafatının qalibidir. Hemonun kitabları əsas Avropa dillərinə tərcümə edilmişdir.

Bədii əsərləri

  • Bruno sualı, roman və hekayələr (2000)
  • Naməlum yerdən olan insan, novellalardan ibarət roman (2002)
  • Lazarus Layihəsi, roman (2008, New York Magazine'nin İlin Kitab Mükafatı, Jan Michalski Mükafatı, Fransa, 2010 ; rusca tərcümə 2011)
  • Sevgi və maneələr, qısa hekayələr (2009)
Rus dilində nəşrlər

Qeydlər

  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #122345681 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Linklər