Aleksandr Hemon

Aleksandr Hemon (bosn. Aleksandar Hemon, 9 sentyabr 1964, Sarayevo) — Bosniya əsilli Amerika yazıçısı, publisist. Əsərlərini ingilis dilində yazır.

Aleksandr Hemon
Doğum tarixi 9 sentyabr 1964(1964-09-09) (59 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti yazıçı, roman yazıçısı, jurnalist, ssenarist
aleksandarhemon.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərcümeyi-hal[redaktə | mənbəni redaktə et]

Atası yarı ukraynalı (yazıçı babası Birinci Dünya Müharibəsi dövründə Qərbi Ukraynadan Bosniyaya gəlmişdir), anası bosniyalı serbdir. Sarayevo Universitetini bitirib, 1990-cı ildən çap olunmağa başladı. 1992- ci ildə Çikaqoya turist olaraq gəldi , Bosniya müharibəsi başladıqdan sonra ABŞ-də qalmaq qərarına gəldi. İngilis dilini demək olar ki bilmirdi. Bir neçə peşə dəyişdirdi, sonra isə ingilis dilində yazmağa başladı. İngilis dilində ilk nəşri 1995-ci ildə baş tutdu. New York Times, New Yorker, Esquire, Paris Review, Granta və s. qəzetlərdə dərc edilmişdir. Sarayevonun BH Dani (Bosniya və Herseqovina günləri, Bosniya dilində-az) jurnalının köşə yazarıdır. Hazırda Çikaqoda yaşayır.

Bir neçə amerika ədəbi mükafatının qalibidir. Hemonun kitabları əsas Avropa dillərinə tərcümə edilmişdir.

Bədii əsərləri[redaktə | mənbəni redaktə et]

  • Bruno sualı, roman və hekayələr (2000)
  • Naməlum yerdən olan insan, novellalardan ibarət roman (2002)
  • Lazarus Layihəsi, roman (2008, New York Magazine'nin İlin Kitab Mükafatı, Jan Michalski Mükafatı, Fransa, 2010 ; rusca tərcümə 2011)
  • Sevgi və maneələr, qısa hekayələr (2009)
Rus dilində nəşrlər

Qeydlər[redaktə | mənbəni redaktə et]

Linklər[redaktə | mənbəni redaktə et]