Aleksey Şved

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aleksey Şved
Mövqeyi Oyun qurucu
Boyu 198 sm[1]
Çəkisi 86 kq[1]
Vətəndaşlığı
Doğum tarixi 16 dekabr 1988(1988-12-16) (35 yaş)
Doğum yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksey Viktoroviç Şved (16 dekabr 1988, Belqorod) — Ximki komandasında oynayan rusiyalı peşəkar basketbolçu. Ximki komandasına qədər isə o, üç mövsümü NBA-da keçirdi: iki ili Minnesota Timbervulvz komandasında, üçüncü ili isə (2014/2015) birdən-birə üç klubda — Filadelfiya Seventi Siksers, Hyuston RoketsNyu-York Niksdə iştirak edib. Rusiya basketbol çempionatında 2010/11-ci ildə ən çox inkişaf edən oyunçu seçilmişdir. Rusiya basketbol komandası ilə 2012 Olimpiya Oyunlarının və 2011 Avropa çempionatının bürünc medallarının sahibidir. 20 avqust 2012-ci ildə Rusiya Milli Basketbol Komandasının 2012 Olimpiadasında müvəffəqiyyətli bir çıxışından sonra (Alekseyin son saniyələrdə atdığı üç xallıq atışı Argentina yığmasına qarşı həlledici oldu və komandası 3-cü yerə sahib oldu) Şved "Rusiyanın əməkdar idman ustası" adına layiq görüldü.

Karyerası

Belqorod şəhər 1 nömrəli İdman məktəbində basketbol oynamağa başlamışdır. Alekseyin ilk məşqçisi atası Viktor Nikolayeviç Şved idi. O, həmçinin Anatoli Steinbok ilə məşq edirdi.[2]

Hücum edən müdafiəçi mövqeyində oynayırdı. "Conti" (Sankt-Peterburq), "Petrel" (Belqorod), CSKA (Moskva), "Ximki" nin gənclər komandalarında oynamışdır. 2009/2010 mövsümünün sonuna qədər icarə əsasında Moskvanın "Dinamo" klubunda oynadı.

10 iyul 2012-ci ildə Associated Press agentliyi, Şvedin MOİK-dən ayrılacağını və Minnesota Timbervulvz klubu ilə 10 milyon dollar qarşılığında 3 illik müqavilə imzalayacağını bildirdi.[3] İki gündən sonra rəsmi olaraq Timbervulvzə keçdi.

4 mart 2019-cu ildə Şved VTB Vahid ligasında öz rekordunu təzələdi. MOİK klubu ilə olan oyunda 37 xal topladı.

İstinadlar

  1. 1 2 Basketball-Reference.com (ing.).
  2. "ШТЕЙНБОК Анатолий Иосифович | Российские спортсмены и специалисты | Спортивная Россия" (rus). infosport.ru. 2018-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-18.
  3. "Report: Wolves to add Alexey Shved" (ingilis). ESPN. 2012-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-12.