Aleksey süsəni

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aleksey süsəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Aleksey süsəni (lat. Iris alexeenkoi) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2b (iii,iv, v) c (ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri

Çoxillik bitkidir, kökümsovun yoğun, qısadır, gövdə bir təpə çiçəklidir, çox qısa, bəzən inkişaf etməyəndir, yarpaqlar yaşıl, bozumtul qalxanvari 4-7 (10) mm enindədir. Təpə yarpaqları yaşıl, göyümtül, təpə hissəsi pərdəli, çiçəkdən qısadır, çiçəkyanlığının borucuğu 5 dəfə yumurtalıqdan uzundur, çiçəkyanlığı bənövşəyi, xarici tərəfi (3,5) 4,5 -5,5 sm uzunluğundadır. Təpə hissəsi dairəvidir; çiçək yanlığının daxili tərəfi yumurtavari və ya uzunsovdur. Sütuncuğun kənarı çiçəkyanlığının xarici kənarından qısadır, ağımtıl, bənövşəyi, uzununa zolaqlıdır. Tozcuğu mavidir, qutucuq 5 sm uzunluğunda, uzunsov –yumurtavari, üçtillidir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarının birinci ongünlüyünə təsadüf edir.Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır. Kolluqlarda, oltu yamaclarda qruplaşmalar əmələ gətirir. Düzənliklərdə və aşağı dağ qurşağında yayılmışdır. Dekorativ bitkidir.

Yayılması

Kür düzənliyi, Bozqır yaylası. Sayı və tendensiyası: Mənfi antropogen təsirlər növün itmə təhlükəsini yaradır.

Məhdudlaşdırıcı amillər

Antropogen amillər (dekorativ bitki kimi hali tərəfindən intensiv yığılması, otarılma, tapdalanma).

Mühafizə tədbirləri

Yayıldığı sahələrin, təbii populyasiyalarının mühafizə olunması üçün xüsusi tədbirlər aparılmır, antropogen təsiri azaltmaq məqsədilə yayılma yerlərində yasaqlıqların təşkili, yeni yayılma yerlərinin axtarılması, toxumlarının toxum bankında saxlanılması vacibdir.

İstinadlar

Həmçinin bax