Alina Trepina

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Alina Trepina
Şəxsi məlumatlar
Tam adı Alina Trepina
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 16 sentyabr 1989(1989-09-16) (34 yaş)
Doğum yeri
Boyu 166 sm.
İdman növü Bədii gimnastika

Alina Trepina (16 sentyabr 1989, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast.[1]

Karyerası

Alina Trepinanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu.

Alina Trepina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya YeqayVəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı.[2] Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu.[2] Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı.[2] Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı.[2] Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu.[2] 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu.[2] Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya YeqayVəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.[2]

İstinadlar

  1. Olympedia.org. "Alina TREPİNA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 7 Olympedia.org. "2008 Summer Olympics / Rhythmic Gymnastics / Group / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.