Anastasiya Prasolova (19 oktyabr 1989, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast və məşqçi.[1]
Anastasiya Prasolova | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Anastasiya Prasolova |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | 19 oktyabr 1989 (35 yaş) |
Doğum yeri | |
Boyu | 166 sm. |
Çəkisi | 48 kq |
İdman növü | Bədii gimnastika |
Anastasiya Prasolovanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu.
Anastasiya Prasolova Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı.[2] Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu.[2] Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı.[2] Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı.[2] Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu.[2] 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu.[2] Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.[2]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1303 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında məşqçi olaraq qazandığı uğurlara və Azərbaycan idmanında xidmətlərinə görə Anastasiya Prasolova Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.[3]