Valeriya Yeqay

Valeriya Yeqay (13 dekabr 1986, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast.[1]

Valeriya Yeqay
Şəxsi məlumatlar
Tam adı Valeriya Yeqay
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 13 dekabr 1986(1986-12-13) (37 yaş)
Doğum yeri
Boyu 166 sm.
İdman növü Bədii gimnastika

Valeriya Yeqayın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu.

Valeriya Yeqay Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı.[2] Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu.[2] Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı.[2] Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı.[2] Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu.[2] 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu.[2] Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.[2]

  1. Olympedia.org. "Valeriya YEQAY". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 7 Olympedia.org. "2008 Summer Olympics / Rhythmic Gymnastics / Group / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.