Allahverdi Verdizadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Allahverdi Verdizadə
Doğum yeri

Allahverdi Əmənullah oğlu Verdizadə (1914–1973)– Kimya elmləri doktoru, professor.

Həyatı

Allahverdi Əmənullah oğlu Verdizadə 1914-cü ildə Qaryagin qəzasının Soltanlı kəndində anadan olub. 1930-cu ildə Qaryağın (Füzuli) rayonunda II dərəcəli məktəbi bitirmişdir. 1933-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU) kimya-biologiya şöbəsini bitirmiş, 1945-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1967-ci ildə professor elmi adına layiq görülmüşdür. 15-dən çox kitabın, dərsliklərin, 120-dən artıq elmi məqalənin müəllifidir. Uzun müddət kənd məktəblərində müəllim işləmiş, 1941–42-ci illərdə II Dünya müharibəsinin iştirtakçısı olmuşdur. 1947-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda çalışmış, kafedra müdiri işləmişdir. 1969-cu ildə alim ADPU-da "analitik və fiziki kimya kafedrasını təşkil etmiş və həmin kafedraya rəhbərlik etmişdir.[1] 1973-cü ildə vəfat etmişdir.

İstinadlar