Qaryagin qəzası

Cəbrayıl qəzası (1905-ci ildən Qaryagin) — Yelizavetpol quberniyasının bölgələrindən biridir. Hazırkı Cəbrayıl, Füzuli, qismən də Xocavənd, Beyləqan, QubadlıZəngilan rayonlarını əhatə edirdi.

Cəbrayıl qəzası
Quberniyanın gerbi
Quberniyanın gerbi
Ölkə Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
Azərbaycan Azərbaycan SSR
Quberniya Yelizavetpol quberniyası
Mərkəzi Cəbrayıl
Yaradılıb 1873
Ləğv edilib 8 aprel 1929
Sahəsi 2922,6 (1897)[1]; 3276,31 verst² (1917)
Əhalisi 66360 (1897)[1]; 89584 nəfər (1917)
Xəritə
Cəbrayıl qəzası xəritədə
Cəbrayıl qəzası 1 yanvar 1903-cü illər xəritəsi.

Qaryagin qəzası 1867-ci ildə Cəbrayıl qəzası kimi yaranıb. 1905-ci ildən I Rus-İran müharibəsinin iştirakçısı polkovnik Pavel Karyaginin şərəfinə Qaryagin qəzası adlanıb.

1906-cı ildə Qəza rəisi Tsımbalov, böyük köməkçisi Mixail İvanoviç Kutateledze, məmurlar: Fyodr Yefremoviç Lavrov, Mirzə Əbdürrəzzaq bəy Teymurazbəyov, Yevgeni Yevdokimoviç Prişelov, Mixail Mixailoviç Yakovlev, İbrahim bəy Əlibəyov, Qriqori Markaroviç Avetisov, Muxtar bəy Məliknamazəliyev, Rzaqulu bəy Vəzirov, İsrail Meliksetoviç Ter-İohanesiyan, Bəylər bəy Vəzirov, Yakov Yakovleviç Pşirkov, Tiqran Sergeyeviç Gəncümov, Aruşan Balasanyants.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan az sonra, Hökumətin 1918-ci il 30 iyul tarixli qərarı ilə qəzanın əvvəlki adı olan Cəbrayıl qəzası bərpa edilmişdi.[2] 1919-cu il 13 yanvar tarixli qərar əsasında Cavanşir, Şuşa və Zəngəzur qəzaları ilə birlikdə müvəqqəti general-qubernatorluqda birləşdirilmişdi. Cəbrayıl qəzasının mərkəzi Xələfi rayonunda 1918-ci ildə Xudafərin Körpüsü bərpa edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin və yerli idarə orqanlarının tədbirlərinə baxmayaraq, erməni-daşnak silahlı dəstələri qəzanın yerli türk-müsəlman əhalisinə qarşı soyqırımları törətməyə can atırdılar. 1918-ci il dekabırın son günlərində ermənilər qəzanın azərbaycanlı əhalisinə qarşı silahlı qətllərə başlamışdılar. Ermənilərin azərbaycanlılar üzərinə basqınları və soyqırımları 1919–1920-ci illərdə də davam etmişdir. Azərbaycan Fövqəladə Təhqiqat Komissiyasının üzvü N. M. Mixaylovun erməni talanlarından və digər zorakılıq hərəkətlərindən zərər çəkmiş müsəlman kəndlərinin yoxlanılması haqqqında məruzəsində Cəbrayıl qəzası üzrə də ətraflı məlumat verilir. Burada ermənilərin müsəlmanlara qarşı törətdikləri cinayətlərin yalnız bir qismi -adbaad 17 ciddi fakt göstərilir. Həmin faktlardan ermənilərin azərbaycanlı kəndlərini viran qoyması, əhalini vəhşicəsinə qırması, mal-mülkünü qarət etməsi aydın olur. Ermənilərin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Qarabağda erməni təcavüzünün qarşısını ala bildi. Respublikanın rayonlaşdırılması ilə əlaqədar Cəbrayıl qəzası 1929-cu ildə ləğv edildi.[3]

Qaryagin (Cəbrayıl) qəzasının 1918–1920-ci illərdə, ADR dönəmində rəisi öncə Ələkbər bəy Bəhrəmbəyov, sonra Hüseyn bəy Mahmudbəyov idi. Cəbrayıl qəzasına rəis, nahiyələrə pristav başçılıq edirdi.

Cəbrayıl qəzası I Böyük Bəhmənli polis sahəsi, II Horadiz polis sahəsi və III Cəbrayıl polis sahələrinə ayrılırdı. 1918–1920-ci illərdə, ADR dönəmində 1-ci sahənin polis pristavı Həbib Məhərrəmov, 2-ci sahənin polis pristavı Həsən bəy Vəzirov, 3-cü sahənin polis pristavı Camal bəy Əlibəyov olmuşdur.

30 avqust 1918-ci ildə yenidən Cəbrayıl qəzası kimi formalaşıb. 1930-cu ildə qəza ləğv edilib.

Mixaylovun məruzəsi

[redaktə | mənbəni redaktə et]

---Azərbaycan Fövqəladə Təhqiqat Komissiyasının üzvü N. M. Mixaylovun erməni talanlarından və digər zorakılıq hərəkətlərindən zərər çəkmiş müsəlman kəndlərinin yoxlanılması haqqqında məruzəsi: Cəbrayıl qəzası 12 müsəlman və 3 erməni kənd icmalarından ibarətdir. Məhz bu fərqə və müsəlman kəndlərinin əksər hissəsinin aran ərazisində topoqrafik baxımdan yerləşməsinə görə, bu torpaqlara ermənilərin layiqli müqavimətə rast gələcəkləri ehtimalından soxulmağa cürət etmədikləri üçün, bu qəzanın əhalisi Cavanşir qəzasında oluduğu kimi, əsasən Qarabağ dağlarının dağətəyi zolağında ermənilərin təcavüzünə məruz qaldılar. Şahidlərin verdikləri ifadələrdən təyin olunur ki,1918-ci ilin dekabr ayına kimi dağətəyi zolaqda yaşayan müsəlmanlar həm mülkədarlar, həm də kəndlilər daxil olmaq şərtilə, Qarabağın digər qəzalarındakı tatar (türk — red) müsəlman kəndlərində ermənilərin törətdikləri vəhşiliklər, quldur dəstələrinin hucum və qarətləri, zorakalıqları, ağlasığmayan azğınlıqları haqqında eşitsələr də belə, qəzanın qonşu erməni kəndlərinin sakinləri və onların hörmətli ağsaqqalları tərəfindən müntəzəm olaraq sakitləşdirildikləri və əmin-amanlıqla bağlı onları inandıran bir səviyyədə təskinlik aldıqları üçün, nəin ki, hər hansı bir müdafiə tədbirlərinə hazırlıq görürdülər, hətta əksinə olaraq, ağıllarına belə gətirmirdilər ki, ermənilər bu təbliğatın arxasında onların kəndlərinin darmadağın edilməsi ləyihələrini cızırlar.

1918-ci ilin dekabr ayının birinci günlərində ermənilər qəzanın müsəlman əhalisinə qarşı hərbi əməliyyatlara başladılar, ilk öncə ayrı-ayrı müsəlmanlar qətlə yetirilməyə başlandı, qismən də mal-qara oğurlanırdı və nəhayət, artıq mütəşəkkil təşkil edilmiş silahlı erməni quldur dəstələri tatar (?türk) kəndlərinə qarşı açıq hücümlara başladılar. Lakin bütün bunlara baxmayaraq, şahidlərin ifadələrindən artıq ermənilərin açıq aqressiyaya başladıqları məlum idi və Cəbrayıl Qəza Rəisinin Qarabağ General-Qubernatorunun adına göndərdiyi 17 fevral1919-cu il tarixli raportunda belə yazılırdı: "qəzanın müsəlman əhalisi belə hadisələri böyük kədər hissi ilə qarşılayaraq, heç bir aktiv hərəkətlərə başlamadan yalnız özlərini və öz əmlakların qorumaq naminə müdafiə mövqeyini tutaraq, erməni hücumlarından yayınmağa çalışırlar, ermənilərə qarşı heç bir qanuna zidd hərəkətlərə yol vermirlər, bunu sübut etmək üçün qeyd etmək kifayətdir ki, qəzada bir erməni kəndi belə heç bir hadisədən heç bir ziyan görməmişdir".

Bu hadisələrdən sonra ermənilərin müsəlman kəndlərinə qarşı törətdikləri cinayətlərin qısa sadalanmasına keçərək, hal hazıradək aşağıdakılar görürük: Düdükçü, Edilli, Ağbulaq, Hoğa, Çirakuz, Axullu kəndlərində yaşayan ermənilər 1918-ci ilin dekabr ayının 26-na keçək gecə Düdükçü kəndindəki müsəlmanlar yaşayan hissəyə hucum edərək, onların evlərini talayıb, darmadağın etmiş, evlərə od vurub yandırmışdılar; 1918-ci il dekabrın 7-də elə adı çəkilən kəndlərin erməni sakinləri Arış kənd əhalisinin qoyunlarını oğurlayıb aparmışdır; 1918-ci il, dekabrın 5-də silahlı erməni quldurları Qarakollu kəndinə silahlı basqın edərək, qoyunları sürüb aparmışdı; 10 dekabrda Doşulu Məhərrəm Musa oğlunun qoyunları ermənilər tərəfindən qaçırıldı; elə həmin tarixdə silahlı ermənilər Əfəndilər kənd sakini Mir Yusif Mir Həsən oğlunun iri buynuzlu mal-qarasını apardı; 2 dekabrda silahlı erməni quldur dəstəsi Aşıq Məlikli kəndini od vurub yandıraraq, darmadağın etdilər, evlər talan edildi, əhalinin mal qarası qovulub aparıldı; yenə həmin tarixdə erməni quldur dəstəsi Xələfli, Tatar, Şıxlar kəndlərinə soxularaq, kənd sakinlərinin əmlakını dağıdıb taladı, mal-qaranın bir hissəsini qırıb tökdü, bir hissəsini də qovub apardılar.

Dekabrın 18-də Sirik kəndi ermənilər tərəfindən yandırılaraq talan edildi; 1919-cu il, fevralın 27-də Ağcakənd, Dolanlar və Mülkədarlı kəndəlirində yaşayan ermənilər bir də təkrar Sirik kəndinə hücum edərək, bu kəndin Nusaslu şöbəsini yandırdılar, 1919-cu il, mart ayının 29-da Axillidən olan ermənilər öz kəndliləri İbad Məmiş oğlunu özünün torpaq sahəsində əkinini şumlayan zaman başından yaraladılar; 1918-ci ilin avqust ayında silahlı ermənilər Qərvənd kəndinin köç yerinin ayağında iki çobanı öldürüb, bütün kənd əhalisinin iri və xırda buynuzlu mal qarasını qovub apardılar ev əmlaklarını qarət etdilər; 1919-cu ilin yanvarında Qaradağlı kənd sakinlərindən Molla Nəbi Hacı Mahmud oğlunun və Eyvaz Mehrəli oğlunun qoyunlarını silahlı ermənilər qovub apardılar; 1918-ci ilin baharında ermənilərin silahlı quldur dəstəsi arabaçını və Zərgər kənd sakini Bədir xan Məmiş oğlunu soydular; 1918-ci ilin payızında Hadrut Muxan və Noramanik kəndindən olan Sergey Nikolayans və Sergey Lal adlı iki erməni öz kəndləri yaxınlığında Boliant kəndindən olan iki müsəlmanı — cəfər Ələkbər oğlu və Nəsir Məhərrəm oğlunu qarət etdikdən, sonra isə öldürdülər, onların çılpaq cəsədləri sonradan yarğanın dibində tapıldı; 1918-ci ildə Cilən və Mülkədari kəndlərinin erməniləri Eyvazlu kəndinə hucum edərək, əhalinin bütün mal-qarasını sürüb apardılar, evlərini isə talan etdilər və Hüseyn Allahverdi oğlunu öldürdülər; həmin ilin qışında Dolanlar kənidinin erməniləri Şıxlar kəndinə vəhşicəsinə basqın edərək, evlərə od vurub yandırdılar, kəndlilərin əmlaklarını talan etdilər, mal-qaranı qovub apardılar; Mülkədari kəndinin erməniləri Məliklu kəndini darmadağın etdilər, evləri yandırdılar, əmlakları daşıyıb apardılar, mal qaranı qaçırtdılar.

Müsəlman kəndlərinin talan edilməsi insanların qətli və yaralanmaları ilə müşayət edilirdi, belə ki, Axullu kəndində 3 kişi, 3 qadın bir uşaq qətlə yetirilmiş, bir kişi isə yaralanmışdı; Məliklu kəndində bir kişi öldürülmüşdü, Tatar kəndində bir nəfər yaralanmışdı, Evatlu kəndində bir nəfər öldürülmüşdü, Şıxlar kəndində bir nəfər yaralamışdı, Məzrə kəndində isə altı nəfər öldürülmüşdü, Sirik kəndində on bir nəfər kişi, 10 qadın, 14 uşaq öldürülmüş, iki kişi isə yaralanmışdı.

Aranı qızışdıran və quldur dəstələrinə başçılıq edən ermənilərbərəsində verilən şahid ifadələrindən göründüyü kimi müsəlmanlar ganilərin çoxlarını tanımışdılar, lakin burada yalnız adları və famiyaları tam göstərilənlərin adları sadalanacaq: məhz, Düdükçü kənd sakinləri Balasan Ayrapetov, Arutyun Loqmatov, Karapet Oqancanov, İvan Beylərov, Usup Xaçiyev, Ovakim Barxudarov, Sarkis Mirzəyev, Kemrakuç kənd sakinləri — Sumğat Mirzəyev, gizir Aslan Sarkisov, Avetis Petrosov, Nikolay Baxdıyev, Aleksand Seyranov, Edillu kənd sakinləri — Bəxşi Ağacanov, Qeraim Mirzəyev, Bəxşi Paxapetov, Moses Qəhrəmanov, Şuşa qəzasının Çirakuz kənd sakinləri — Xurşud bəy, Markar bəy, İşxan bəy və sumbat bəy İşxanovlar, Qoqa kənd sakinlərindən — Muki Səfərov, Savad Ter-Qriqorov, Sarkis Kekuns, David Oqacanov, Şuşa qəzasının Çanaxçı kənd sakinləri Sokrat bəy Məlik-Şahnəzərov, kəndxuda Markez, Mülkədari kənd sakinləri — Muxan Martisov, Nikolay Petorosov, Ovşar və Tiqran Poqosovlar, Dolanlar kənd sakinləri — cəlal Cavadov, Oqacan Mirzəcanov, Ağa Sarkis Martirosov, Qaraxan Cavadov, Muxan və Cavad Oqacanovlar, İvan Arzusanov, Daşbaşı kənd sakinlərindən Baxçi və Natur Stepanslar, Muxam və Simon Nisyanslar, Ovanes və Akapcan Qarabəyovlar, Zəmzur kənd sakinlərindən — Muxan Mikirqaçev, Aleksandr Melkumov, Ovanes Mosesyans, Ağcakənd sakinlərindən — Qevond və Tateves Mikayılovlar, Qayk və Tiqran Akopcanovlar, Mirzə Avenosov, İşxan Sarkiscanov, cilan kənd sakinlərindən Markar Kazarov və Ovşar Musiyev. Müsəlmanlara dəyən ziyanlarla bağlı zərərçəkən kəndlilər və mülkədarlar tərəfindən təqdim edilən ərizələr və aktlardan belə bir qənaətə gəlmək olur ki, Cəbrayıl qəzasının müsəlmanlarına dəyən ziyanların məbləği bir neçə on milyon rublarla ölçülür. Mal-qaranın qarət olunub aparılması ev əşyalarının, kənd təsərrüfatı alətlərinin talan edilməsi və taxıl ehtiyatlarının zorla kəndlilərin əlindən alınması nəzərə çarpacaq dərəcədə qəzanın müsəlman kəndlisinin iqtisadi vəziyyətini böhran halına gətirib çıxardı və onun ödəmə qabiliyyətini heçə endirdi.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

1886-cı ildə Cəbrayıl qəzasının (Qaryagin qəzasının öncəki adı) sahələri, kənd icmaları, kənd və obaları:

  • Əbdürrəhmanbəyli kənd icması
Əbdürrəhmanbəyli
Sаrılаr (Zeynalabdinbəyli)
Seyidəhmədli
  • Əlixanlı kənd icması
Əlixanlı
Kürdmahmudlu
  • Bəhmənli kənd icması
Аrаspаrlı
Böyük Bəhmənli
Bаlа Bəhmənli
  • Dövlətyarlı kənd icması
Dövlətyarlı
  • Zərgər kənd icması
Zərgər
  • Qarabulaq kənd icması
Qаrаbulаq
  • Qaraxanbəyli kənd icması
Qаrаxаnbəyli
Qərvənd
Merdinli
Seyidmahmudlu
Yəhyabəyli
  • Qarğabazar kənd icması
Dədəli
Cuvаrlı
İşıqlı
Qаrğаbаzаr
Qoçəhmədli
Mаndılı (Alıhüseynuşağı)
Xələfşə
Yаl Pirəhmədli
  • Kərimbəyli kənd icması
Kərimbəyli
  • Şahsevən kənd icması
Şahsevən
  • Şıxılı kənd icması
Аybаsаnlı
Dilаğаrdа
Cоmərdli
Qоrqаn
Gecəgözlü
II Mahmudlu
Mirzəcаmаllı
Şıxılı
  • Edilli kənd icması
Аğbulаq
Bulutаn
Hаxulu
Düdükçü
Kühüllü
Edilli
Xırmаncıq
  • Ağalıq kənd icması
Abdulla sərkar
Arayatılı (Mustafa sərkarlı)
Əhmədalılar (Novruzalılar)
Zülfüqarlı (Yusifli)
Qazaxlar
Mirzənağılı
Mollaməhərrəmli
Namazalı sərkar
Təzəkçi
  • Banazur kənd icması
Banazur
Sur
  • Hacılı kənd icması
I və II Hacılı
Kühülyataq (Əfəndilər)
Mirikli
Mirzəcanlı
Tursunlu
Fuğanlı
Eyvatlı
Çərəkənli
Hüseynbəyli (Rəşid)
Tərəkəmə (Məmmədbəyli)
Xumarlı
  • 4. Dəlilər kənd icması
Dəlilər (Həmzəli)
Kürd-Əfəndilər
Əfəndilər (Türk-Əfəndilər)
  • Zamzur kənd icması
Daşbaşı
Zamzur
Mülkədərə (Çurtaxaç)
Şaqah
  • Qovşutlu kənd icması
Alıkovxalı
Hasanlı
Hüseynbəyli (Qovşutlu)
Xudayarlı
Çullu
  • Kürd-Məfruzlu kənd icması
Alaqurşaq
Zilanlı
Kürd-Məfruzlu
Mirzəhaqverdilər (Məfruzlu)
Silalı
  • Məfruzlu kənd icması
Məfruzlu (Mirzəhaqverdili)
Muğanlı
  • Maşanlı kənd icması
Əhmədağalı
Veysəlli
Hafizli
Maşanlı
Sirikli
  • Soltanlı kənd icması
Alıbəyli (Kovdar)
Məzrəli
Sarıcalı
Soltanlı
  • Tumaslı kənd icması
Tumaslı
Pirağbulaq
Çaxırlı
  • Mərcanlı kənd icması
Mərcanlı (Böyük Mərcanlı)
Mərcanlı (Cocuq Mərcanlı)
Mehdili
  • Süleymanlı kənd icması
Balyandlı
Qaracallı
Qışlaq
Süleymanlı
  • Şıxalıağalı kənd icması
Bukavullu
I Mahmudlu
Şıxalıağalı
Şükürbəyli
  • Ərgünəş kənd icması
Ərgünəş (Dolanlar)
I Hərəkül
II Hərəkül
Ağcakənd (Govahan)
Bünyadlı
Cilən
Köhnə Tağ
Xozaberd
  • Əhmədli kənd icması
Əhmədli
Dərzili
Cəfərağalı (Məstalıbəyli)
Feyzullabəyli
Şıxlar-Əhmədli
Yarəhmədli
  • Havalı kənd icması
Ağalı
Babaylı
Havalı (Avalı, Ağalı)
  • Hadrut kənd icması
Vəng
Hadrut
Tağazır
  • Horovlu kənd icması
Horovlu
  • Horadiz kənd icması
Horadiz
Dördçinar
  • Daşkəsən kənd icması
Daşkəsən
  • Qarakəlli kənd icması
Arış
Əhmədbəyli
Güzlək
Qarakəlli
Qaradağlı
Gorazıllı
Mollavəlili
Musabəyli
Manaflar
Pirəhmədli
Rəfəddinli
Saracıq
Xatunbulaq
  • Kərməköç kənd icması
Kərməköç
Köçbəyli (Köçbək)
Quşçular (Doşulu)
Məlikcanlı
Noraşenik (Noraşen)
Təənk
Təən
Edişa
  • Quycaq kənd icması
Cəfərabad
Quycaq
Karxulu
Qaradərə (Mollalı)
Nüzgar
Çəpənd
Şəfibəyli
  • Maralyan kənd icması
Maralyan
Usubbəyli (Yusufbəyli)
Çələbilər
  • Xanlıq kənd icması
Xanlıq
Çəpik
  • Xocik kənd icması
Balasultanlı
Padar
I Xocik
II Xocik

Qarabağın Cəbrayıl qəzasında isə üç polis məntəqəsi olub.

  • 1. Qarabulaq polis məntəqəsi. Sahəsi, 1249,30 verst, 130154 desyatin, 25,82 mil, 1421,96 kvadrat kilometr olmuşdur. Bu polis məntəqəsində 14 kənd cəmiyyəti vardır.
  • 2. Hadrud polis məntəqəsi. Sahəsi 605,90 verst, 63116 desyatin, 12,52 mil, 689,52 kvadrat kilometr olmuşdur Bu polis məntəqəsində də 14 kənd cəmiyyəti vardır.
  • 3. Cəbrayıl polis məntəqəsinin sahəsi 1420,91 verst, 148012 desyatin, 29,36 mil, 1617,02 kvadrat kilometr olmuşdur Cəbrayıl polis məntəqəsində 13 kənd cəmiyyəti vardır. (8, s.32–33). Cəbrayıl qəzasında olan kənd cəmiyyətləri Qafqaz təqviminin 1906-cı il məlumatlarına görə
  • Ağəli (Aqalinskoe),
  • Asrik (Asrikskoe),
  • Bərdə (Bardinskoe),
  • Həsən-Rizik (Qasan-Riziskoe),
  • Keştağ (Qeştaqskoe),
  • Dovşanlı (Dovşanlinskoe),
  • Qabarta – Boy-Əhmədli (Kabarta-Boy-Axmadlinskoe),
  • Qatırlı (Katurlinskoe),
  • Kiçik – Qarabəy, (KiçikKarabekskoe),
  • Mamırlı (Mamirlinskoe),
  • Xan – Qaraqoyunlu, (Xan-Karakoyinlinskoe),
  • Çaykənd (Çaykendskoe),
  • Şirvanlı (Şirvanlinskoe) idi (9, s.243).[4]

1914-cü ildə Qaryagin qəzası 2 şöbədən ibarət idi. 1-ci şöbə Qaryagin kəndində, 2-ci şöbə Cəbrayıl kəndində yerləşirdi.

Qaryagin şöbəsi

[redaktə | mənbəni redaktə et]
  1. Qaryagin kənd icması
  2. Bəhmənli kənd icması
  3. Qarakollu kənd icması
  4. Hadrut kənd icması
  5. Horadiz kənd icması
  6. Qaraxanbəyli kənd icması
  7. Qarğabazar kənd icması
  8. Edilli kənd icması

Cəbrayıl şöbəsi

[redaktə | mənbəni redaktə et]
  1. Ağalı kənd icması
  2. Hərəkül kənd icması
  3. Cəbrayıl kənd icması
  4. Daşkəsən kənd icması
  5. Soltanlı kənd icması
  6. Xanlıq kənd icması
  7. Maralyan kənd icması

Təsərüfatında əkinçilik, maldarlıq, ipəkçilik, üzümçülük, bağçılıq əsas yer tuturdu. Toxuculuq (xalça, ip, mahud və s.) geniş yayılmışdı.







Cəbrayıl qəzasının milli tərkibi (1897)[5]   azərbaycanlılar (74,1 %)  ermənilər (23,7 %)  ruslar (1,1 %)  qalanları (1,1 %)

Şimali Azərbaycan Rusiya tərəfindən zəbt olunduqdan sonra çar hökuməti bu diyarın rus idarəetmə sisteminə cəlb edilməsi vacibliyi ilə qarşılaşdı. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün Rusiya imperiyasının yeni sərhədinin hərbi, inzibati, iqtisadi və mədəni yenidənquruluşu ilə bağlı olan qanunauyğunlaşma Məcmuəsi çap etdirdi. Çar hökuməti qarşısındakı ən vacib problemlərdən biri bu ərazidə çarizmin siyasi və iqtisadi mövqeyinin möhkəmləndirilməsinə yardım edən məmurların hazırlanmasını təmin edən yeni təhsil sistemi tətbiq etmək idi. Şimali Azərbaycan zəbt olunandan sonra da ibtidai təlim tamamilə müsəlman ruhanilərinin sərəncamında olan və yalnız dar-dini dünyagörüşün inkişafına yardım edən mollaxanalarda cəmlənmişdi. Burada zümrə məhdudiyyəti olmadan bütün yaşdan olan oğlanlar təhsil alırdı. Belə ibtidai təlim sistemi ərəb, fars dillərinin öyrənilməsindən, məzmununun dərinliyinə getmədən Quranın oxunmasından ibarət idi. Zaqafqaziya məktəbləri haqqındakı Nizamnaməyə əsasən, 1829-cu ildə Azərbaycanda daha geniş təlim proqramına əsaslanan yeni tipli məktəblər açılmağa başladı ki, bu da həmin ərazidə maarif sahəsində inkişafın yüksəlməsinə köməklik edirdi. XIX əsrin ikinci yarısında inkişaf etməkdə olan kapitalist iqtisadiyyatının ixtisaslı işçi qüvvəsinə və təhsilli mütəxəssislərə olan tələbatı Azərbaycanda ümumtəhsil və peşə təhsili məktəblərinin sayının müəyyən qədər artmasına, onların ümumtəhsil səviyyəsinin yüksəlməsinə təsir göstərdi. 1867-ci ildə ibtidai peşə məktəbləri haqqında Əsasnamə Qafqaz, o cümlədən də Şimali Azərbaycanın tədris müəssisələri üçün xüsusi Nizamnaməyə çevrildi. Çarizmin 1870-ci illərdən başlayaraq Azərbaycanda xalq təhsili sisteminin unifikasiyasına götürdüyü istiqamət daha böyük əzmlə həyata keçirilməyə başlandı. 31 may 1872-ci il tarixli əsasnamə ilə Şimali Azərbaycanın bütün qəza məktəbləri altı illik təhsil müddəti olan şəhər məktəblərinə (pullu) çevrildi. 24 may 1874-cü il məktəbləri haqqında əsasnamə iki cür — üçillik birsinifli və 5-illik təhsil kursu ilə ikisinifli dəyişməz təhsil məktəbini təsdiq etdi. Azərbaycanda ilk dəfə olaraq kənd əhalisi üçün məktəblər meydana gəldi: onlardan birinciləri — Salahlı, Dağkəsəmən, dövlət sərəncamındakı Cəbrayıl, Göyçay — ictimai məktəbləri idi. Cəbrayıl qəza maarif şöbəsinin müdiri Bəhram bəy Məlikyeqanov və baş müfəttişi Abdulla bəy Məlikaslanov idi.

Cəbrayıl qəzasında yaranan məktəblər:

  • Cəbrayıl kənd məktəbi, 1876-cı ildə açılıb.
  • Qaryagin kənd məktəbi
  • Qarğabazar kənd məktəbi, 17 oktyabr 1883-cü ildə açılıb.
  • Böyük Bəhmənli kənd məktəbi
  • Hadrut kənd məktəbi
  1. 1 2 "Первая всеобщая перепись населения Российской Империи 1897 г." 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-08. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters) (rus.)
  2. Азербайджанская Демократическая Республика: 1918-1920: законодательные акты (PDF). Bakı: Azərbaycan Nəşriyyatı. 1998. səh. 277. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-29. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 298-299. ISBN 9952-417-44-4.
  4. "Arxivlənmiş surət" (PDF). 2021-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-11-20. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. "Демоскоп Wekly - Первая всеобщая перепись населения Российской Империи 1897 г. Распределение населения по родному языку и уездам. Российской Империи кроме губерний Европейской России (rus.)". 2011-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-27. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)