Allahverdi Verdizadə

Allahverdi Əmənullah oğlu Verdizadə (1914-1973)– Kimya elmləri doktoru, professor.

Həyatı[redaktə | mənbəni redaktə et]

Allahverdi Əmənullah oğlu Verdizadə 1914-cü ildə Qaryagin qəzasının Soltanlı kəndində anadan olub. 1930-cu ildə Qaryağın (Füzuli) rayonunda II dərəcəli məktəbi bitirmiş, sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya şöbəsini qurtarmışdır. Uzun müddət kənd məktəblərində müəllim işləmiş, 1941-42-ci illərdə II Dünya müharibəsinin iştirtakçısı olmuşdur. 1947-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda çalışmış, kafedra müdiri işləmişdir. 1973-cü ildə vəfat etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]