Amerika quşarmudu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Amerika quşarmudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Amerika quşarmudu (lat. Sorbus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Şimali Amerikanın şərq hissəsi, Şərqi Kanada, ABŞ-nın şimal-şərq və mərkəzi hissəsidir. Quron gölü və Yuxarı gölün şimal sahillərində Amerika quşarmudunun ən böyük nümunələri bitir.

Botaniki təsviri

Hündürlüyü 12 m çatan (40 fut) çoxillik ağacdır. Qabığı açıq boz, hamar, çıxıntılıdır. Yarpaqları mürəkkəb, qeyri-bərabər lələkvari, uzunluğu 6-dan 10 düymadək (15-25 sm), nazik, tünd yaşıl və ya qırmızı saplaqlıdır. Yarpaqcıqları 13-17 ədəd, lansetvari və ya uzun, oval, uzunluğu ikidən üç düymadək, qeyri-bərabər pazşəkilli və ya bünövrəsində yumrulanmış, kənarları dişli, ucu biz, oturaqdır. Tumurcuqdan tükcüklü çıxır, sonradan hamarlanır, yuxarısı tünd yaşıl, alt tərəfi açıqdır. Qönçələri tünd qırmızı, itidir. İçəri pulcuqları boy atan zoğlarla birgə böyüyür. Yalançı zoğları yarpaqvari, töküləndir. May-iyunda çiçəkləyir. Çiçəkləri ağdır. Çiçək altlıqları iti, xırdadır. Kasaçığı tükcüklü, beş pərli, kənarları qısa, itidir. Çıçək tacının ləçəkləri beş, krem rəngli-ağ, yumrudur. Erkəkcikləri iyirmi-otuz, sapvari, tozluqları iki hüceyrəli, kəsiyinə açılır. Meyvəsi şarşəkilli, parlaq qırmızı, oktyabrda yetişir, dadı turşdur Toxumları açıq qonur, uzunsov, yığcam, yüngül, yumşaq, ləpələri ətlidir.

Ekologiyası

Rütubətli torpaqlarda, bataqlıqlarda, qayalıqlarda, çay kənarlarında bitir. İstisevən, günəşədavamlı bitkidir.

Azərbaycanda yayılması

Azərbaycanın bir çox rayonlarında mədəni şəraitdə becərilir.

İstifadəsi

Dekrativ bitkidir. Tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasında istifadəsi məqsədyönlüdür.

İstinadlar

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax