Amfibollar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Amfibollar
Ümumi məlumatlar
Kateqoriya Mineral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amfibollar - minerallar

Haqqında

Amfibollar lentvari quruluşlu metasilikatlardır. Lentlər silisium oksidi tetraedrlərinin piroksen zəncirlərilə sonsuz cütləşməsindən ibarətdir. Onlar kation və mütləq (OH)-1 ionları ilə birləşirlər. Amfibollar quruluşu ionların əvəz olunmasının böyük müxtəlifliyinə imkan verir. Buna görə amfibollar kimyəvi tərkibi çox dəyişkən olub, ümumi düsturu X2-3Y5Z8 O22 (OH)2. Monoklinik (qlaukofan, maqneziumribekit-ribekit, rixterit, katoforit-maqneziumkatoforit, ekermanit-arfvedsonit). Kimyəvi tərkibin müxtəlifliyinə baxmayaraq, amfibollar əksər xassələrinə görə oxşardır: habitus prizmatikdən iynəvariyədək. Ayrılması prizma üzrə ~ 124° bucaqla mükəmməldir. Sərtliyi 5-6. Xüsusi çəki 2,85-3,6. Amfibollar maqmatik, metamorfik və metasomatik süxurlarda geniş yayılmışlar.

İstinadlar

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər