Aminofenollar

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aminofenollar
Molekulyar modelin şəkli
Ümumi
Molyar kütlə 109,14 q/mol
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 174 °C °S
Qaynama nöqtəsi 214 °C °S

Aminofenollar (aminohidroksibenzollar, hidroksianilinlər)- A.

Kimyəvi xassələri

A. amfoterdirlər, fenola nisbətən çətin sulfolaşırlar: o-A.-dan 3-amino-4-hidroksibenzolsulfoturşu, m-A.-dan 4-amino-2-hidroksibenzolsulfoturşu, p-A.-dan isə 5-amino-2-hidroksibenzolsulfoturşu əmələ gəlir.

A.-rı turşu anhidridləri ilə işlədikdə asanlıqla N-asiltörəmələr əmələ gəlir. o-A. tsiklin qapanmasına meyillidir və sərt şəraitdə asilləşdirildikdə benzoksazol törəməsinə çevrilir.

Alınması

  • Sənayedə m-A.-lu metanil turşusunun Na-duzundan alırlar.
  • Sonuncunun, həmçinin, rezosini 2000C-də 10%-li NH3 məhlulu (kat.-NH4Cl) ilə işləməklə də alırlar.
  • Həmçinin, nitrobenzolun H2SO4-də məhlulunu elektrolitik reduksiya etməklə də alırlar. o-A.-lu 2-xlornitrobenzolu NaOH məhlulu ilə sabunlaşdırmaq və daha sonra alınmış o-nitrofenolu hidrogenlə reduksiya etməklə (kat-Ni/Cr; 0,6 MPa; 750C; etanolda) sintez edirlər.

Tətbiqi

A. kükürdlü və azoboyaların istehsalında tətbiq olunur. Bundan əlavə p-A. və onun törəmələri, Məs., metol, qlisin, amidol, eləcə də, o-A. fotoqrafiyada istifadə olunur. p və o-A. dərini qəhvəyi rəngdə boyamaq üçün aralıq məhsullardır. o-A.-un N-metiltörəməsi saçı boyamaq üçün (qəhvəyi rəng), m-A. p-aminosalisil turşusunun alınmasında aralıq məhsul kimi istifadə olunur.

Mənbə

  • Эфрос Л.С., Горелик М.В., Химия и технология промежуточных продуктов, Л., 1980.
  • Kirk-Othmer ensyslopedia, 3 ed., v. 2, N.Y., 1978, p. 422-439.
  • Химическая энциклопедия, Изд. “Советская энциклопедия”, М., 1988, т. 1, с. 267.

İstinadlar