Mol — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarına deyilir. Bu ifadədən görünür ki, karbonun molyar kütləsi 12 q/mol-dur. Mol BS-də 1971-ci ildən başlayaraq əsas yeddi vahiddən biri olub,[1] maddə miqdarının vahididir. Bütün maddələrin 1 molunda 6,023·1023 sayda molekul olur. Şimali Amerikada hər il 23 oktyabr 1991-ci ildən etibarən səhər 6:02-dan, axşam 6:02-yə kimi "Mol günü" keçirilir. Əsas səbəbi isə məhz həmin gün Avoqadro ədədinin (NA=6,023·1023mol−1) hesablanmasıdır.[2]
Mol | |
---|---|
Ümumi məlumatlar | |
Adını daşıyır | Molekul |
Vikianbarda əlaqəli mediafayllar |