Nisbi molekulyar atom kütləsi — maddə molekulunun və ya atomunun kütləsinin karbon kütləsinin 1/12-nə olan nisbətidir, Mrkimi işarə olunur. Vahidi yoxdur və təqribən molekulun və ya atomun kütləsinin hidrogen atomunun kütləsindən neçə dəfə çox olduğunu göstərir.
- Molyar kütlə - maddənin 1 molunun kütləsidir, M ilə işarə olunur və ölçü vahidi BS-də 1kq/mol-dur.
- Mol - kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır.
- Avoqadro sabiti - kütləsi 0,012 kq olan karbondakı atomların sayıdır, NA=6,023·1023mol−1-dir.
- Maddə miqdarı - Verilmiş maddədəki molekullar sayının Avoqadro sabitinə olan nisbətinə deyilir,ν=N/NA.
- Maddə miqdarının vahidi - BS-də əsas vahiddir və 1 mol-dur.
Molyar kütlə M ilə nisbi molekulyar kütlə Mr arasında əlaqə M=Mr·kq/mol-dir. Məsələn, suyun nisbi molekulyar kütləsi Mr=18, molyar kütləsi M=10−3Mr·kq/mol=0,018kq/mol-dur. Yəni bir mol suyun kütləsi 0,018kq=18q-dır.
- M.Murquzov və b.Fizika X S.BAKINƏŞR-2005,səh.129.