Anar Əhmədov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Anar Əhmədov
Doğum tarixi 1976
Doğum yeri
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili

Anar Əhmədov (1976, Cəbrayıl rayonu) — riyaziyyatçı alim, professor.[1]

Həyatı

1976-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur.[2]

Təhsili

1993-cü ildə orta təhsilini Bakı şəhərindəki 58 saylı məktəbdə bitirmişdir. Həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsinə daxil olmuşdur. Anar Əhmədov ali təhsilini 2000-cı ildə Kaliforniya Ştat Universitetində fərqlənmə ilə bitirmişdir.

Elmi fəaliyyəti

2006-cı ildə Kaliforniya Universitetində riyaziyyat sahəsi üzrə elmlər doktoru dərəcəsi almışdır. 2001 və 2003–2004-cü illərdə ABŞ-nin UC BerkeleyPrinceton universitetlərində doktorluq dərsi almışdır[2].

2006–2009-cu illərdə ABŞ-nin Corciya Texnologiya İnstitutunda, Kolumbiya Universitetində, İsveçrənin Sürix Universitetində, Avstriyanın Vyana Universitetində köməkçi professor və alim kimi çalışmışdır.[2]

Hal-hazırda ABŞ-nin Minnesota Universitetində professor kimi çalışır.[1]

Mükafatları

  • Simons Research Fellowship, 15 mart, 2018.
  • Guillermo E. Borja Award for the exceptional research and scholarly accomplishments, May, 2013.[3]
  • Sloan Research Fellowship, 15 fevral, 2012.[4]

İstinadlar

  1. 1 2 "Azərbaycan əsilli amerikalı alim: "Düşünürəm ki, Azərbaycanda bu uğurları qazanmaq çox çətin olardı"". 2018-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-06.
  2. 1 2 3 "ABŞ və Kanadanın 52 alimi xüsusi təqaüdə layiq görüldü". 2018-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-06.
  3. "Professor Anar Akhmedov has received the Guillermo E. Borja Award". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
  4. "The Alfred P. Sloan Foundation congratulates" (PDF). 2020-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-07.