Anar Əhmədov (1976, Cəbrayıl rayonu) — riyaziyyatçı alim, professor.[2]
Anar Əhmədov | |
---|---|
Doğum tarixi | 1976 |
Doğum yeri | |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili |
1976-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur.[3]
1993-cü ildə orta təhsilini Bakı şəhərindəki 58 saylı məktəbdə bitirmişdir. Həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsinə daxil olmuşdur. Anar Əhmədov ali təhsilini 2000-cı ildə Kaliforniya Ştat Universitetində fərqlənmə ilə bitirmişdir.
2006-cı ildə Kaliforniya Universitetində riyaziyyat sahəsi üzrə elmlər doktoru dərəcəsi almışdır. 2001 və 2003–2004-cü illərdə ABŞ-nin UC Berkeley və Princeton universitetlərində doktorluq dərsi almışdır[3].
2006–2009-cu illərdə ABŞ-nin Corciya Texnologiya İnstitutunda, Kolumbiya Universitetində, İsveçrənin Sürix Universitetində, Avstriyanın Vyana Universitetində köməkçi professor və alim kimi çalışmışdır.[3]
Hal-hazırda ABŞ-nin Minnesota Universitetində professor kimi çalışır.[2]