Anatoli Kuleşov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Anatoli Kuleşov
belar. Анатоль Куляшоȳ
bayraq
Belarusun daxili işlər naziri
bayraq2
2 iyun 2009-cu il – 11 may 2012
ƏvvəlkiVladimir Naumov
Sonrakıİqor Şuneviç
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Əli Bayramlı, Azərbaycan SSR, SSRİ
Təhsili DİN-in Minsk ali məktəbi, SSRİ DİN-in akademiyası
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Rütbəsi SSRİ General-leytenantı

Anatoli Niloviç Kuleşov (belar. Анатоль Куляшоȳ; təvvəlüdü 1959-cu il, Əli Bayramlı, Azərbaycan SSR) — Belarusun dövlət və ictimai xadimi, milis general-leytenantı. 2009-cu il iyunun 2-dən 2012-ci il mayın 11-dək Belarusun daxili işlər naziri olmuşdur.

Həyatı

1977-1979-cu illərdə Silahlı Qüvvələrdə xidmət etmişdir.

Milis idarəsində 1980-ci ildən Minskdə binaların, obyektlərin, Dövlət Bankı müəssisələrin mühafizəsi alayının milisioneri kimi xidmətə başlamışdır.

1986-cı ildə SSRİ DİN-in Minsk ali məktəbini, 1992-ci ildə SSRİ DİN Akademiyasını (indiki Belarus Respublikası DİN-in Akademiyası). Hüquq-mühafizə fəaliyyətinin təşkili, hüquqşünaslıq ixtisası üzrə təhsil.alıb.

SSRİ DİN-in Minsk ali məktəbini bitirdikdən sonra Minskin Lenin rayonunun yetkinlik yaşına çatmayanların işləri üzrə müvəkkili işlədi. 1992-ci ilin noyabrından kriminal milis şöbəsinə rəhbərlik edib.

1995-ci ilin mart ayında Minsk şəhəri Daxili İşlər İdarəsinin cinayət axtarışı idarəsinin rəis müavini təyin edilib.

1996-cı ildən 1998-ci ilədək paytaxtın Zavodskoy rayonunun daxili işlərinə idarə edilməsinə rəhbərlik etmişdir. 1998-dən 2001-dək Frunzen rayonunun Rayon Daxili İşlər İdarəsinə rəhbərlik edib.

2003-cü ilin iyununda Kuleşova "milis general-mayoru" xüsusi rütbəsi verilmişdir. 2 iyul 2003-cü il 281 saylı prezident fərmanı ilə Minsk şəhəri daxili işlər idarəsinin rəisi təyin edildi. 29 avqust 2008-ci ildə Belarusun ictimai təhlükəsizlik milisinin rəisi və daxili işlər nazirinin müavini təyin olundu.

2008-ci il dekabrın 5-də daxili işlər nazirinin birinci müavini və Belarus Respublikası DİN kriminal milisi təyin olunmuşdur.

2009-cu il aprelin 6-da daxili işlər nazirinin vəzifəsini müvəqqəti icra edirdi, bu hadisə daxili işlər naziri Vladimir Naumovun səhhətinə görə istefasından sonra baş verdi).

2 iyun 2009-cu ildə Belarus Respublikasının Prezidenti A.Lukaşenko general-mayor Anatoli Niloviç Kuleşova 280 saylı Fərmanı İlə milis nazirinin birinci müavini vəzifəsindən azad etməklə ölkənin daxili işlər naziri təyin etdi.

2011-ci il fevralın 22-də Prezident fərmanı ilə milis general-mayoru Kuleşova növbəti milis general-leytenantı xüsusi rütbəsi verildi.[1]

Xarici keçidlər

İstinadlar

  1. "Кулешову присвоено специальное звание генерал-лейтенанта милиции". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-01.