Anatoli Niloviç Kuleşov (belar. Анатоль Куляшоȳ; təvvəlüdü 1959-cu il, Əli Bayramlı, Azərbaycan SSR) — Belarusun dövlət və ictimai xadimi, milis general-leytenantı. 2009-cu il iyunun 2-dən 2012-ci il mayın 11-dək Belarusun daxili işlər naziri olmuşdur.
Anatoli Kuleşov | |
---|---|
belar. Анатоль Куляшоȳ | |
2 iyun 2009-cu il – 11 may 2012 | |
Əvvəlki | Vladimir Naumov |
Sonrakı | İqor Şuneviç |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əli Bayramlı, Azərbaycan SSR, SSRİ |
Təhsili | DİN-in Minsk ali məktəbi, SSRİ DİN-in akademiyası |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Rütbəsi | SSRİ General-leytenantı |
1977-1979-cu illərdə Silahlı Qüvvələrdə xidmət etmişdir.
Milis idarəsində 1980-ci ildən Minskdə binaların, obyektlərin, Dövlət Bankı müəssisələrin mühafizəsi alayının milisioneri kimi xidmətə başlamışdır.
1986-cı ildə SSRİ DİN-in Minsk ali məktəbini, 1992-ci ildə SSRİ DİN Akademiyasını (indiki Belarus Respublikası DİN-in Akademiyası). Hüquq-mühafizə fəaliyyətinin təşkili, hüquqşünaslıq ixtisası üzrə təhsil.alıb.
SSRİ DİN-in Minsk ali məktəbini bitirdikdən sonra Minskin Lenin rayonunun yetkinlik yaşına çatmayanların işləri üzrə müvəkkili işlədi. 1992-ci ilin noyabrından kriminal milis şöbəsinə rəhbərlik edib.
1995-ci ilin mart ayında Minsk şəhəri Daxili İşlər İdarəsinin cinayət axtarışı idarəsinin rəis müavini təyin edilib.
1996-cı ildən 1998-ci ilədək paytaxtın Zavodskoy rayonunun daxili işlərinə idarə edilməsinə rəhbərlik etmişdir. 1998-dən 2001-dək Frunzen rayonunun Rayon Daxili İşlər İdarəsinə rəhbərlik edib.
2003-cü ilin iyununda Kuleşova "milis general-mayoru" xüsusi rütbəsi verilmişdir. 2 iyul 2003-cü il 281 saylı prezident fərmanı ilə Minsk şəhəri daxili işlər idarəsinin rəisi təyin edildi. 29 avqust 2008-ci ildə Belarusun ictimai təhlükəsizlik milisinin rəisi və daxili işlər nazirinin müavini təyin olundu.
2008-ci il dekabrın 5-də daxili işlər nazirinin birinci müavini və Belarus Respublikası DİN kriminal milisi təyin olunmuşdur.
2009-cu il aprelin 6-da daxili işlər nazirinin vəzifəsini müvəqqəti icra edirdi, bu hadisə daxili işlər naziri Vladimir Naumovun səhhətinə görə istefasından sonra baş verdi).
2 iyun 2009-cu ildə Belarus Respublikasının Prezidenti A.Lukaşenko general-mayor Anatoli Niloviç Kuleşova 280 saylı Fərmanı İlə milis nazirinin birinci müavini vəzifəsindən azad etməklə ölkənin daxili işlər naziri təyin etdi.
2011-ci il fevralın 22-də Prezident fərmanı ilə milis general-mayoru Kuleşova növbəti milis general-leytenantı xüsusi rütbəsi verildi.[1]