Anka Krizmaniç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Anka Krizmaniç
Doğum tarixi
Doğum yeri Zaqreb, Xorvatiya
Vəfat tarixi
Vəfat yeri
Milliyyəti xorvat
Fəaliyyəti rəssam, qrafika ustası[d]

Anka Krizmaniç (Anka Krizmaniç-Pauliç; 10 mart 1896[2][3][…]2 noyabr 1987[2][3][…], Zaqreb[1]) — Xorvat rəssam, qravür və elmi illüstrator.[4][5] Ən aktiv fəaliyyət dövrü 1910–1946-cı illəri əhatə edir.

Haqqında

O, Zaqrebdə xüsusi rəssamlıq məktəbi olan Krizman Rəsamlıq Məktəbində təhsil amışdır. Tomislav Krizmandan dərs almışdır. 1913–1917-ci illərdə təhsilini Almaniyada Drezden şəhərində Kunstgewerbeschuledə, 1920–1930-cu illərdə isə Parisdə davam etdirib.

1921–1922-ci illərdə Dubrovnikdə litoqrafiya üsulu ilə xəritələr tərtibi üzərində işləməyə başlayıb və bir müdət bu şəhərdə yaşayıb.[6] Onun rəsm əsərləri 2 əsas seriyadan ibarətdir. Birinci "rəqs" seriyasıdır ki, bu seriyaya Anna Pavlova, Qreta Vizental və Gertrud Leystikov kimi rəqqasların şəkilləri daxildir. digər seriya "sevgililər" adlanır.

1935-ci ildə o alman rəssam Lüdviq Veninger (1904–1945) ilə qarşılaşır və aralarında eşq yaşanır. II Dünya Müharibəsinin başlanması ilə (1939-cu ildə) münasibətləri başa çatır.[7]

1946-cı ildə o Zaqrebdə Tibb Məktəbində elmi illüstrator kimi fəaliyyətə başlayır və rəsm əsərlərinin çəkilməsinə daha az vaxt ayırır.[8]

İstinadlar

  1. 1 2 Hrvatski biografski leksikon (xorv.). // HBL 1983.
  2. 1 2 Anka Krizmanić // CONOR.SI.
  3. 1 2 Anka Krizmanić // Faceted Application of Subject Terminology.
  4. Žena Arxivləşdirilib 2021-04-22 at the Wayback Machine [Woman] (in Croatian). 1985. p. 68.
  5. Kolveshi, Željka (2000–09-04). "A Chronicle in Pictures from Jurjevska Street, Anka Krizmanić — the Zagreb Portfolio". Arxivləşdirilib 2013-06-22 at the Wayback Machine Muzej grada Zagreba — Exhibitions.
  6. "Krizmanić, Anka". Arxivləşdirilib 2021-04-16 at the Wayback Machine Hrvatska enciklopedija.
  7. "Der vergessene Expressionist". Arxivləşdirilib 2020-03-29 at the Wayback Machine nordbayern.de (in German).
  8. Canjuga, Marija (2020–03-31). "Balkan female artists you did't know about, but you should". Arxivləşdirilib 2020-10-19 at the Wayback Machine DailyArtMagazine.com — Art History Stories.