Anka Krizmaniç (Anka Krizmaniç-Pauliç; 10 mart 1896[2][3][…] – 2 noyabr 1987[2][3][…], Zaqreb[1]) — Xorvat rəssam, qravür və elmi illüstrator.[4][5] Ən aktiv fəaliyyət dövrü 1910–1946-cı illəri əhatə edir.
Anka Krizmaniç | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Zaqreb, Xorvatiya |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Milliyyəti | xorvat |
Vətəndaşlığı | |
Fəaliyyəti | rəssam, qrafika ustası[d] |
O, Zaqrebdə xüsusi rəssamlıq məktəbi olan Krizman Rəsamlıq Məktəbində təhsil amışdır. Tomislav Krizmandan dərs almışdır. 1913–1917-ci illərdə təhsilini Almaniyada Drezden şəhərində Kunstgewerbeschuledə, 1920–1930-cu illərdə isə Parisdə davam etdirib.
1921–1922-ci illərdə Dubrovnikdə litoqrafiya üsulu ilə xəritələr tərtibi üzərində işləməyə başlayıb və bir müdət bu şəhərdə yaşayıb.[6] Onun rəsm əsərləri 2 əsas seriyadan ibarətdir. Birinci "rəqs" seriyasıdır ki, bu seriyaya Anna Pavlova, Qreta Vizental və Gertrud Leystikov kimi rəqqasların şəkilləri daxildir. digər seriya "sevgililər" adlanır.
1935-ci ildə o alman rəssam Lüdviq Veninger (1904–1945) ilə qarşılaşır və aralarında eşq yaşanır. II Dünya Müharibəsinin başlanması ilə (1939-cu ildə) münasibətləri başa çatır.[7]
1946-cı ildə o Zaqrebdə Tibb Məktəbində elmi illüstrator kimi fəaliyyətə başlayır və rəsm əsərlərinin çəkilməsinə daha az vaxt ayırır.[8]