Anton Portman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Anton Portman
Doğum yeri

Anton Portman (ing. Anton Portman) – Niderland əsilli ABŞ siyasətçisi. Edo dövrünün sonlarında və Meyci dövrünün əvvəllərində Yaponiyada fəaliyyət göstərmişdir.[1]

Niderlandda doğulmuşdur. Yaponiyaya ilk dəfə 1853-cü ildə Metyü Perri ilə birlikdə holland tacir kimi gəlmiş və 1854-cü ildə Kanaqava müqaviləsinin imzalanmasında iştirak etmişdir.[1] 1861-ci ildə ABŞ nümayəndəliyinin katibi kimi Yaponiyaya qayıtmış, 1865-66-cı illərdə ABŞ hökumətinin Yaponiyadakı müvəqqəti işlər vəkili kimi xidmət göstərmişdir.[1] 1866-cı ildə katib vəzifəsinə qayıtmışdır.[1]

Yaponiyada ikən Tokuqava şoqunluğunu dəstəkləmişdir.[1] Şoqunluğun rəsmisi olan Oqasavara Naqamiçi ilə 1868-ci ilin yanvarında Edo ilə Yokohama arasında dəmiryolunun tikintisi ilə bağlı razılığa gəlmişdir.[1] 1869-cu ildə Portman və ABŞ naziri Çarlz Lonq Meyci hökumətindən bu razılığı tanımağı tələb etmişdirlər.[1] Meyci hökuməti imtiyazın şoqunluğun dağılmasından sonra verildiyini bildirərək bu tələbi rədd etmişdir.[1] ABŞ-nin etirazılarından sonra hökumət Britaniyanın maddi və texniki dəstəyi ilə Tokio-Yokohama dəmiryolunun tikilməsinə razılıq verilmişdir.[1]

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan. VI cild. Tokio: Kodansha. 1983. səh. 226. ISBN 0-87011-626-6. İstifadə tarixi: 13 aprel 2021.