Aqil Əsədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aqil Əsədov
Doğum tarixi 2 noyabr 1976(1976-11-02) (47 yaş)
Doğum yeri
Elm sahəsi İqtisadiyyat
Elmi dərəcəsi İqtisad elmləri doktoru
Elmi adı dosent
Təhsili

Aqil Məhiyəddin oğlu Əsədov (2 noyabr 1976, Başlıbel, Kəlbəcər rayonu) — iqtisad elmləri doktoru, dosent

Həyatı

Aqil Əsədov 02 noyabr 1976-cı il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. 1982-ci ildə Başlıbel kənd orta məktəbinə qəbul olunaraq 1993-cü ildə həmin məktəbi bitirib. 1997-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) “Mühəndis biznesi və menecment” fakültəsini bitirərək “Mühəndis iqtisadiyyatı və idarəetmə” ixtisası üzrə bakalavr dərəcəsi alıb. 1997-1999-cu illərdə AzTU-nun magistraturasında təhsilini davam etdirərək, “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (nəqliyyat)” ixtisası üzrə magistr dərəcəsi alıb. 2008-2018-ci illərdə Azərbaycan Universiteti, UNEC, Bakı Biznes və Kooperasiya Universitetlərində pedaqoji fəaliyyət göstərib.

Əmək fəaliyyəti

2005-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin (indiki İqtisadiyyat nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu) “Analitik təhlil” şöbəsində aparıcı mütəxəssis, aparıcı elmi işçi və şöbə müdiri vəzifəsinin icraçısı işləyib. 2008-ci ilin sentyabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük elmi işçi, 2009-cu ildən 2018-ci ilin iyul ayınadək İnstitutun “Xidmət sahələrinin inkişaf problemləri” şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-2014-cü illərdə İnstitutun “Gənc alim və mütəxəssislər Şurası”nın sədri, İnstitut Elmi Şurasının, Dissertasiya Şurasının üzvü və yerli həmkarlar təşkilatının büro üzvü olub. 05 iyul 2018 – 08 sentyabr 2021-ci illər ərzində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində “Təbliğat, informasiya və analitik təhlil” şöbəsinin müdiri vəzifəsində çalışıb. 09 sentyabr 2021 - 26 sentyabr 2022-ci illər ərzində Azərbaycan Universitetinin və Bakı Avrasiya Universitetinin dosenti işləyib. 27 sentyabr 2022-ci ildən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Strateji planlaşdırma və inkişaf” Departamentinin rəhbəri vəzifəsində çalışır. Eyni zamanda, Milli Aviasiya Akademiyasının dosentidir.

Elmi fəaliyyəti

A.Əsədov 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetində aspirant olub. Aspirant olduğu müddətdə “Avtomobil nəqliyyatının infrastruktur sahələrinin iqtisadi inkişafının təkmilləşdirilməsi istiqamətləri” mövzusu üzrə dissertasiya işini yerinə yetirərək, 2005-ci ildə uğurla müdafiə edib, “08.00.05 - Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə iqtisad elmləri namizədi alimlik dərəcəsi, 2011-ci ildə isə dosent elmi adı alıb. 18 may 2022-ci ildə “Azərbaycanda yeni nəqliyyat sisteminin formalaşması və davamlı inkişafının təmin olunması problemləri” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 noyabr 2022-ci il tarixli qərarı ilə A.Əsədova “Sahə iqtisadiyyatı” ixtisasında iqtisad elmləri doktoru elmi dərəcəsi verilib.

Elmi əsərləri

Kitabları

  • Nəqliyyat infrastrukturunun inkişaf istiqamətləri (avtomobil nəqliyyatı timsalında). Bakı, “TI-MEDIA” NPM, 152 səh.;
  • Azərbaycanda nəqliyyat və turizm sektorlarının davamlı inkişafı: problemlər və perspektivlər. AMEA İqtisadiyyat İnstitutu, kollektiv monoqrafiya, Bakı, “Avropa” nəşr., 238 səh.;
  • Beynəlxalq iqtisadiyyat (ali məktəblər üçün dəslik). Bakı, “Avropa” nəşriyyatı, 400 səh.;
  • Milli iqtisadiyyat: modernləşmə və davamlı inkişaf. Bakı, “Avropa” nəşriyyatı, 475 səh.;
  • Возможности использования туристического потенциала. Bakı, “Avropa” nəşr., 178 səh.;
  • Azərbaycan Respublikasında yeni nəqliyyat sisteminin formalaşması və davamlı inkişafi: elmi-nəzəri əsasları və perspektivləri. Bakı, “Avropa” nəşr., 400 səh.;
  • Xidmət sahələrində kommersiya fəaliyyətinin əsasları. Azərbaycan Universiteti. Bakı, Dərs vəsaiti, Yeni poliqrafist MMC, 284 səh.;
  • Elektron xidmətlərin təşkili: reallıqlar və perspektivlər. Azərbaycan Universiteti. Bakı, Dərs vəsaiti, Yeni poliqrafist MMC, 190 səh.;
  • Davamlı inkişafın sosial və fəlsəfi problemləri (kollektiv monoqrafiya). Bakı, Elm və Təhsil, 312 səh. (səh.238-252)

Elmi məqalələri

  • “Yaşıl nəqliyyat sistemi”ndə avtomobil nəqliyyatının rəqabət qabiliyyətlilik konsepsiyasi;
  • Azərbaycan dunyanın aparıcı nəqliyyat-tranzit qovşağına çevrilir;
  • “Yaşıl nəqliyyat sistemi”nin formalaşdırılması davamlı inkişafın başlıca tələbi kimi;
  • Nəqliyyat sistemində idarəetmənin təkmilləşdirilməsinin normativ-hüquqi əsasları;
  • Azərbaycanda tranzit xidmətlərinin təşkili və təkmilləşdirilməsi istiqamətləri;
  • Büdcə vəsaitlərinin formalaşmasında nəqliyyat sektorunun rolu;
  • Azərbaycan Respublikasının müstəqilliyi illərində nəqliyyat siyasəti;
  • Davamlı inkişaf şəraitində nəqliyyat sektorunda modern texnologiyalardan istifadə məsələləri;
  • Meqapolislərdə avtobusla sərnişin daşımalarının səmərəli təşkili
  • Avtomobil nəqliyyatı ilə daşıma xidmətləri göstərən təsərrüfat subyektlərinin rəqabət qabiliyyətliliyi;
  • Nəqliyyat sisteminin davamlı inkişafı problemləri: sosial-iqtisadi və ekoloji məsələlər;
  • Azərbaycan Respublikasında “Yaşıl nəqliyyat” sisteminin formalaşdırılması istiqamətləri;
  • Davamlı inkişaf şəraitində nəqliyyat sistemində idarəetmənin təkmilləşdirilməsi istiqamətləri;
  • Heydər Əliyev və Azərbaycan Respublikasının nəqliyyat strategiyası; Davamlı inkişaf şəraitində nəqliyyat sisteminin başlıca vəzifələri;
  • Nəqliyyat və ekoloji təhlükəsizlik: “Yaşıl nəqliyyat sistemi”nin formalaşdırılması və inkişafı;
  • Regional nəqliyyat qovşaqları arasında intellektual idarəetmə daşımaların logistik təşkilinin zəruri şərtidir;
  • Müasir dövrdə logistik yanaşmanin mahiyyəti və əhəmiyyəti;
  • Nəqliyyat sistemində rəqabət qabiliyyətliliyin təmin edilməsinin nəzəri metodoloji əsasları;
  • Şərqi Zəngəzur iqtisadi rayonunda turizm xidmətlərinin inkişaf istiqamətləri
  • Yeni nəqliyyat sisteminin formalaşması qlobal məkana sürətli inteqrasiyanın zəruri şərtidir;
  • Zəngəzur dəhlizinin açilmasının region ölkələri üçün siyasi-iqtisadi əhəmiyyəti;
  • The importance and possibilities of formation of intelligent transport systems in the conditions of sustainable development, Makedoniya;
  • Türkiye ve Azerbaycan örneğinde boru hatları ulaştırmasının çevre üzerindeki etkileri. Türkiyə;
  • Некоторые аспекты безопасность жизнедеятельности в транспорте. Rusiya;
  • Çevre Sorunlarının Yerel Özellikleri ve Üsküdar Örneği. İstanbul Universiteti, “Sosyal siyaset konferansları dergisi”, Türkiyə;
  • Экологические проблемы создаваемые в транспорте и пути их решения. Казахстан;
  • Современное состояние атмосферы города Баку и пути ее улучшения. «Инновационные технологии и современные материалы» Грузии;
  • Пути обеспечения экологической безопасности в системе транспорта и развития туризма. Rusiya;
  • Направления влияния международных транспортных коридоров на развитие аграрного сектора в Азербайджане. Belorus;
  • Перспективы устойчивого развития автотранспорта в Азербайджане. Rusiya;
  • Великого Шелкового Пути и перспективы развитие туризма в Азербайджане. Rusiya;
  • Проблемы устойчивого развития транспортной системы в Азербайджанской Республике (на примере автомобильной промышленности). Rusiya;
  • Инновация - как важный фактор развитие сферы обслуживания. Rusiya;
  • Социально-экономическая значимость и проблемы устойчивого развития транспортной системы в условиях глобализации. Rusiya;
  • Социально-экономические и экологические проблемы использования автомобильного транспорта. «Европейский журнал социальных наук». Latviya;
  • Проблемы развития транспортного комплекса. Rusiya;
  • Экологические проблемы автомобильного транспорта в мега-полисах и их пути решения. Qazaxıstan;
  • The necessary factors in formation of new transportation systems in sustainable development condition. Amerika;
  • The role of transport system in development of international economics. Almaniya.