Arizema

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Arizema
Elmi təsnifat
Beynəlxalq elmi adı

Arizema (lat. Arisaema) — baqəvərçiçəklilər sırasının aroidkimilər fəsiləsinə aid bitki cinsi.

Arizemanın növü və yayılması

Danaayağı fəsiləsindən ikievli bitki cinsi. Yeraltı gövdəsi kök yumruları şəklindədir. Yarpaqları (1-dən 3-ədək) yarılmışdır. Çiçəkləri çılpaq, çox vaxt quyruq kimi dartılmış, bəzən sapşəkilli törəməsi olan əlvan örtüklü qıçalarda yerləşir. Meyvələri şirəli giləmeyvədir. Cənubi Amerika istisna edilməklə, əsasən tropik və subtropik qurşaqlarda yayılmış 150-ədək növü var. Arealı Şərqi Afrikanı, Himalaydan keçərək Cənub-Şərqi Asiya və Şimali Amerikaya qədər ərazini əhatə edir. Daha çox Qərbi Çinin, Şimali Hindistanın və Nepalın, həmçinin Yaponiyanın yüksək dağlıq r-nlarında yayılmışdır. Amerikada və Rusiyanın Uzaq Şərqində bir neçə növü rast gəlir. Bir çox Arizema növləri açıq qruntda, bəzən də otaq şəraitində becərilən bəzək bitkisidir.

Botaniki təsviri

Ekologiyası

Azərbaycanda yayılması

İstifadəsi

Ədəbiyyat