Artemisa Centileski

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Artemisa Centileski
it. Artemisia Gentileschi
Doğum tarixi 8 iyul 1593(1593-07-08)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1653[2][3][…]
Vəfat yeri
Fəaliyyəti rəssam, incəsənət xadimi
Janrlar portret[4][5], dini rəssamlıq[d][4][5], tarix rəssamlığı[5], mifologiya rəssamlığı[d][5]
Stil karavacizm[6][7]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Artemiziya Centileskinin avtoportreti

Centileski (Gentileschi; 8 iyul 1593[1][2][…], Roma, Papa dövləti[4][5]1653[2][3][…], Neapol, Napoli Krallığı[4][5]) — 16-17-ci əsrin ortaları italyan rəssamları ailəsi. İtaliya karavaccizminin ən görkəmli nümayəndələri.[8]

Nümayəndələri

Oratsio

Oratsio (9.7.1563, Piza – 7.2.1639, London) – yaradıcılığının erkən dövrləri italyan manyerizmi ilə bağlı olmuşdur, lakin 1605-ci ildən dəzgah rəngkarlığı əsərlərində Karavacconun (1590-cı illərin sonlarında Romaya gələn Centileski burada onunla tanış olmuşdur) təsiri hiss olunur. O, monumental rəngkarlıq sahəsində də çalışmışdır: Müq. Pyotr kilsəsinin günbəzinin mozaikalarının yaradılmasında (1609–10; A. Tassi ilə birlikdə) iştirak etmiş, Kasino Muz (1611–12), Palatso Kvirinaledə Saladel-Konsistorio (1612, hamısı Romadadır) və s. üçün rəsmlər çəkmiş; Genuyada Savoyya hersoqunun sarayında (1623–26) işləmişdir. Parisdə Mariya Mediçinin sifarişi ilə Lüksemburq sarayı üçün bir neçə alleqorik kompozisiya (1624–25) yaratmışdır. 1626-cı ildən Londonda I Karlın saray rəssamı olmuş, burada qızı Artemiziyanın iştirakı ilə Qrinviçdəki Kuins-hausun Böyük zalının plafonunu işləmişdir (1638–39, hazırda Malboro-haus, London).[8]

Artemiziya

Artemiziya (8.7.1593, Roma –1652 və ya 1653, Neapol) – Oratsionun şagirdi olmuş, həmçinin A. Tassidən dərs almışdır. 1612-ci ildə Florensiyaya köçmüşdür. Dəfələrlə “Yudif və Olofern” haqqında Bibliya süjetinə müraciət etmişdir (“Oloferni öldürən Yudif”, 1611–12, Kapodimonte Milli Muzeyi, Neapol; “Yudif Olofernin başı ilə “, təqr. 1613–14, Uffitsi qalereyası, Florensiya). 1616-cı ildə Florensiya Rəsm Akademiyasına üzv seçilən ilk qadın olmuşdur. 1620-ci ildə Romaya qayıtmış, Genuyada işləmişdir. 1630-cu ildən Neapolda yaşamışdır. İngiltərəyə səfər etmişdir (1630-cu illərin sonu). Yaradıcılığı üçün naturalizm, yüksək ekspressiya səciyyəvidir.[8]

İstinadlar