Asparagus setaceus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Asparagus setaceus
Elmi təsnifat
Beynəlxalq elmi adı

Asparagus setaceus (lat. Asparagus setaceus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Şərqi və Cənubi Afrikadır, tropik və subtropik meşələrdə, çay vadilərində, düzənliklərində, savannalarda və orta dağ zolağında bitir.

Botaniki təsviri

Sarmaşan yarımkoldur. Sapşəkilli yarpaqlara bənzəyən şəklini dəyişmiş gövdələri (fillokladilər) 3–12 ədəd olmaqla dəstələrə yığılmışdır. Uzunluğu 0,5–1,5 sm, diametri 0,5 mm-ə qədərdir. Onlar bir az əyilmiş, açıq yaşıldır və bütün bitkiyə zərif görünüş verir Ayrıca zoğları horizontal yerləşək xırda-lələkvari yarpaqlara bənzəyir. Zoğları çox budaqlanır, çılpaqdır. Yarpaqları xırda (0,5 sm), üçkünç, qonur pulçuqlara qədər reduksiya olunmuşdur. Çiçəkləri xırda, tək və ya 2–4 ədəd, ağdır. Meyvələri giləmeyvəşəkilli, göyumtül-qaradır. 1–3 toxumludur.

Ekologiyası

Çoxillik torpağa tələbkar olmayan bitkidir.

Azərbaycan yayılması

Mərdəkan dendrarisində 1986-cı ildə introduksiya edilmişdir. Respublikada subtropik bölgələrdə meşələrdə, çay vadilərində, düzənliklərdə və orta dağ zolağında bitir.

İstifadəsi

Gözəl, əyilmiş zoğları floristlər tərəfindən istifadə edilə bilər. İki ildən sonra bitkinin dirəyə ehtiyacı vardır.

İstinadlar

Həmçinin bax