Atropatan dazısı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Atropatan dazısı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Atropatan dazısı (lat. Hypericum helianthemoides) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab (i, ii, iii, iv, v). Azərbaycanın nadir növüdür. Qafqaz endemidir. [1]

Təbii yayılması

Botaniki təsviri

Yarımkolcuqdur. Hündürlüyü 10-20 sm-dir. Gövdəsi çoxsaylı, nazik, yumru, budaqlıdır. Yarpaqlar xətvari, oturaq və qarşı-qarşıya düzülmüş, 4-7 mm uzunluğunda, 1,5 mm enində, nöqtəvarı vəzilidir. Çiçək qrupu salxım, 1-9 çiçəkli, 3-5 sm uzunluğunda, 1 sm enindədir. Yarımçətirlər 5-12 mm uzunluğundadır. Çiçəkaltlığı yumurtavari, 1-2 mm uzunluğunda, kənarlarından nöqtəvarı vəzili, çiçək saplağından xeylı qısadır. Kasayarpaqları elilipsvari-yumurtaşəkilli, küt uclu, 2-2,5 mm uzunluğunda, təxminən 1,5 mm enində, kənarları eyniformalı dişcikli vəzili, əsasından qəhvəyimtildir. Ləçəklər ellipsivari və ya yumurtavari, 5-8mm uzunluğunda, 3 mm enindədir. Erkəkciklər 3 dəstədədir. Yumurtalıq deməkolar ki, şarşəkillidir. Sütuncuqlar 3 və yumurtalıqdan uzundur. Qutucuq yumurtavari, 5 mm uzunluğunda, 3 mm enindədir.[2]

Ekologiyası

Dəniz səviyyəsindən 1200 m hündürlükdə, rütubətli dağlarda, gilli daşlı torpaqlarda da bitir. Quraqlığa davamlı olmasına baxmayaraq şoran torpaqlara üstünlük verir. Çiçəkləmə-meyvə əmələgətirmə iyul-avqust aylarına təsadüf edir.

Azərbaycanda yayılması

Azərbaycanda arealı dardır, nadir növdür. Naxçıvan MR-da dağ yamaclarında bitir (Şahbuz kəndinin ətrafı). Əhali tərəfindən dərman bitkisi kimi yığıldığına görə təhlükə altına düşə bilən növdür. Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması təklif olunur.

İstifadəsi

Dərman bitkisidir. Yaşıllaşdırılmada istifadəsi öyrənilməmişdir. Yamacların bərkidilməsində istifadəsi məqsədyönlüdür.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

Məlumat mənbəsi

İstinadlar

  1. http://redbook.az/?options=project&id=Atropatan%20daz%C4%B1s%C4%B1[ölü keçid]
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı: 2013