Aygün Attar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aygün Attar
Şəxsi məlumatlar
Doğum tarixi 1962
Doğum yeri
Təhsili
Fəaliyyəti alim

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2016 "Dostluq" ordeni (Azərbaycan)
İmzanın şəkli

Aygün Attar (1962, Qubadlı) — professor, Türkiyənin Giresun Universitetinin rektoru (2012–2016).

Həyatı

Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub[1].

1986-cı ildə Bakı Dövlət Universitetini bitirmiş, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi etmişdir[2].

Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır[1].

2012–2016-cı illərdə Türkiyənin Giresun Universitetinin rektoru olmuşdur.

Mükafatları

Aygün Attar Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə 3-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[3] Aygün Attar 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına mükafatına layiq görülüb[1].

15 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib[4]

Elmi fəaliyyəti

Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir[1].

"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 5-ci sayından jurnalın "Tarix, Arxeologiya və Antropologiya" üzrə redaksiya heyətinin üzvüdür.[5]

Kitabları

  • Aygün Attar (Haşimzade). İran'ın etnik yapısı: yakındönem ve günümüzde. Ankara: Divan Yayıncılık, 2006, 388 sayfa. ISBN 9750107403

İstinadlar

  1. 1 2 3 4 Fuad. "Türkiyədəki azərbaycanlı rektor Oxford Socrates mükafatına layiq görülüb". PALİTRA (az.). palitranews.az. 03.09.2014 - Saat: 11:47:00. 2015-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-05.
  2. Erol Işık. "Aygün Attar'ı tanıyor musunuz?" (türk). blog.milliyet.com.tr. 14 Nisan 2009. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-05.
  3. "Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-13.
  4. "Aygün Attarın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-15.
  5. ""Metafizika" jurnalının redaksiya heyətinin üzvləri". 2022-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.