Aygün Attar (1962, Qubadlı) — professor, Türkiyənin Giresun Universitetinin rektoru (2012–2016).
Aygün Attar | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1962 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alim |
|
|
Təltifləri | |
Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub[1].
1986-cı ildə Bakı Dövlət Universitetini bitirmiş, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi etmişdir[2].
Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır[1].
2012–2016-cı illərdə Türkiyənin Giresun Universitetinin rektoru olmuşdur.
Aygün Attar Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə 3-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[3] Aygün Attar 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına mükafatına layiq görülüb[1].
15 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib[4]
Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir[1].
"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 5-ci sayından jurnalın "Tarix, Arxeologiya və Antropologiya" üzrə redaksiya heyətinin üzvüdür.[5]